Yuxarı

Korona necə yarandı? - Məşhur hindli astroloqdan şok

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doktor Acay Bhambi Hindistandan olan veda astroloqudur. Vətənində kimsə bir işə başlayanda, pul yatıranda, evlənəndə və ya ərə gedəndə, uşaq planlaşdıranda əvvəlcə məsləhət üçün onun yanına gedir. İstənilən hindistanlı doktor Acayın səhv etmədiyini təsdiqləyir. Koronavirus haqqında isə o, virusun meydana çıxmasından əvvəl bəhs edib, planetlərin birləşməsinin bəşəriyyət üçün çox əlverişsiz olacağı barədə xəbərdarlıq edib.

Axar.az Teleqraf.com-a istinadən onun “Moskovski komsomolets”ə verdiyi müsahibəsini ixtisarla təqdim edir.

– Doktor, COVID-19 haradan gəldi?

– Cyotiş vedik astrologiyası mövqeyinə görə epidemiya ilə əlaqədar kritik vəziyyət planetlərin çətin kombinasiyası və bütün bəşəriyyətin məsuliyyətsiz davranışı ilə əlaqədardır. 2019-cu ilin payızından bəri Yupiter özünü çox qeyri-sabit aparır. Bu planet isə rifah, uğur və xoşbəxtliklə əlaqəli olan ən güclü planetlərdən biridir. Üstəlik, onun vəziyyəti çox sürətlə dəyişir.

Yupiter maksimum əlverişlidir, onun düşmə əlaməti olaraq bu planet qlobal problemlərin, böhranların, xəstəliklərin və ümumi qarışıqlığın mənbəyinə çevrilir. Belə dalğalanma 2021-ci ilin aprelinə qədər davam edəcək. Yalnız bundan sonra tam sakitlik olacaq.

– Bu, istisnasız olaraq hər kəsə aiddir? Yoxsa pandemiyadan itkisiz çıxan xoşbəxtlər də var?

– Vəziyyəti başqa bir super güclü planet – Saturn çətinləşdirir. O, insanları sözün hərfi mənasında “şumlayır”, özünü realizə etməyin yollarını axtarır və insanları ümumiyyətlə özlərinə bir sual verməyə məcbur edir: mən niyə bu dünyaya gəldim?

Əgər siz mənasız bir həyat yaşayırsınızsa, bu, Saturnun açıq-aydın xoşuna gəlməyəcək və o, sizin üçün əsl cəllad olacaq. O, sizi puldan və ya sağlamlıqdan məhrum qoya, karyeranızı məhv edə bilər.

İndi Saturnun keyfiyyətlərinin ən yüksək səviyyədə nümayiş olunduğu an gəlib. Beləliklə, bizi ən ağır və ciddi dərslər gözləyir. Bizim vəzifəmiz onları mənimsəməkdir, belə olduqda qalib gəlmək şansı var. Əgər sizin həyatınız tamamilə aşağı düşübsə, təcili olaraq özünüzü saçınızdan, qolunuzdan, ayaq və bədənin digər hissələrindən tutun və çəkin. “Rüşvət vermək” heç keçməyəcək! Xüsusilə iki güclü planet – Yupiter və Saturn Yerdə audit aparmaq üçün gəliblərsə.

– Rusiya üçün proqnozlarınız nədən ibarətdir?

– Qonşu ölkələrlə sərhədlərin bağlanacağı təqdirdə vəziyyəti tez bir zamanda nəzarətə götürmək üçün Rusiyanın bütün şansları var. Artıq may ayında xəstəliyin tənəzzülü başlayacaq, iyunun sonunda isə vəziyyət stabilləşəcək. Ancaq bu, yalnız koronavirusa aiddir. İqtisadiyyat sentyabr ayından bərpa edilməyə başlayacaq. Onu reanimasiya etmək üçün daha bir il lazım olacaq.

Bəşəriyyət üçün qlobal böhranın aradan qaldırılması, o cümlədən iqtisadi və sosial vəziyyətin yaxşılaşdırılması üçün əlverişli şərtlər Yupiter Dolça işarəsinə girdikdə, yəni 2021-ci ilin aprelində başlayacaq. Ancaq bunlar yalnız şərtdir. Planetlər və ulduzlar deyil, insanlar hərəkət etməlidirlər.

Biz yeni astroloji eraya qədəm qoyuruq və bu era bizdən yeni düşüncə tərzini inkişaf etdirməyimizi – başqa bir insanın ağrı-acısını görməyi, daha mərhəmətli, diqqətli, xeyirxah olmağı öyrənməyi tələb edir. Düşünməliyik ki, nə üçün bu planetdəyik – məhv etmək və ya qurub-yaratmaq üçün?

Özümüzü maddi dəyərlərdən mənəvi dəyərlərə yönəltməliyik. Bu baş verməzsə, bəşəriyyət yeni epidemiyalara hazırlaşmaq məcburiyyətində qalacaq.

Tarix
2020.04.17 / 13:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla