Yuxarı

Şamaxıda “erməni mənşəli” ad? - Alim izah etdi

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şamaxıda “erməni mənşəli” ad? - Alim izah etdi

Dəyişdirilməsi təklif edirən Şamaxının Saqiyan kəndinin adındakı “yan” sonluğuna görə onu erməni mənşəli ad adlandırmaq qətiyyən doğru deyil.

Bu sözləri Kult.az-a dilçi alim Şahlar Məmmədov iyunun 8-də Milli Məclisin Toponomiya Komissiyasının iclasında Şamaxı rayonunun Saqiyan kəndinin adının dəyişdirilməsi ilə bağlı təklifə baxılacağı barədə danışarkən deyib.

Alim bildirib ki, bu məntiqlə yanasşaq, gərək bütün “yan” sonluğu ilə bitən adları dəyişək:

“Şirvan həm də sufilər, mürşidlər yurdudur. Saqiyan adına məhz Şamaxıda tuş gəlməyimiz təsadüfi deyil. Sözün komponentləri “saqi” və “yan”dır. “Saqi” sözünün yalnız “içki paylayan” anlamı ilə kifayətlənmək doğru deyil. “Saqi” - öz mənşəyini qədim saq etnosunun adından götürüb. Saqi, yəni “sağlara məxsus olan” deməkdir. Saqiyan – “saqilər məskəni”' kimi izah olunmalıdır. Yer adlarında işlənən - yan topoformantı cəmlik bildirən - an formasının tələffüz variantı kimi sabitləşib. Deməli, -yan/an dilimizdəki –lar/lər şəkilçisinin sinonimidir. Bu şəkilçinin erməni dili ilə heç bir əlaqəsi yoxdur”.

Alim qeyd edib ki, “saqi” sözünün klassik ədəbiyyatda və təsəvvüfdə “mürşid”, “sufi” mənalarında işlədilməsi barədə fikir də həqiqəti əks etdirir:

“Əslində “saqi” sözü “haqq tərəfdarı” deməkdir. Ona görə “saqiyan” sözü ilə bağlı irəli sürülən bu ehtimal da təsadüf deyil və doğru mövqedir. “Saqiyan” adının dəyişdirilərək “Günəşli” şəklində rəsmiləşdirilməsi doğru deyil. Hesab edirəm ki, kəndin adını tam anlaşıqlı olsun deyə Saqilər şəklində rəsmiləşdirmək daha doğrudur. Tarixilik və dünyagörüş baxımından “saqi” komponentinə qətiyyən toxunmaq olmaz”.

Qeyd edək ki, vikipedik məlumatlara əsasən, dəyişdirilməsi təklif edilən Saqiyan kəndinin adı ərazidəki şirin sulu axarsız kiçik göl ilə əlaqədardır. Türk dillərindəki saqa (çayın mənsəbi, su olan yer) və yan (kənar, sahil) komponentlərindən düzəlib, “suyun sahili, kənarı” mənasındadır”.

İlahiyyatçı Rəsul Mirhəşimli Saqiyan kəndinin adının xəlvətilikdən gəldiyi, “saqi” sözünün təsəvvüfdə “mürşid” anlamında işləndiyini bildirib.

Xatırladaq ki, Şamaxı rayonunun müraciətinə əsasən, kəndin adının Günəşli qoyulması təklif olunur.

Tarix
2020.06.05 / 22:31
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türk ölkəsində Azərbaycanla bağlı yenilik

Alman qonağı Bakıda heyrətləndirən bina - Foto

Azərbaycanla Keniya arasında memorandum imzalandı

Ən yüksək əmək haqqı bu sahədədir - Deputat

Mikayıl Cabbarov Pəncab əyalətinin baş naziri ilə görüşdü

Sudanla saziş imzalandı: bu şəxslər üçün viza ləğv edildi

Şanxay Mükafatını tanıtmaq üçün bu tədbiri fürsət bilirik...

Rusiya və İranın məğlub olmasına imkan verməyən ölkə...

Şad xəbər: Quru sərhədlər açılır - Ekspert

Şəhərlər xalq tərəfindən qurulur və xalq üçündür - Şenqyun

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla