Yuxarı

Müharibə vaxtı erməni əsgərlərin cibində gəzdirdiyi nə idi?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarix boyu istər Avropa, istər Asiyada olsun, bütün qonşu xalqlar arasında münasibətlərdə eniş-çıxış da, normal əlaqələr də, müharibələr də olubdur. Bu, tarixin bir gerçəyidir.

Axar.az xəbər verir ki, bunu Milli.az-a açıqlamasında tarix elmleri doktoru, professor Qabil Əliyev deyib.

Professor bildirib ki, ermənilərin xislətində ümumi insana, Azərbaycana, türkə, müsəlmana nifrət o qədər güclüdür ki, normal münasibətlər qurulanda belə, biz "oldu getdi" deyib, keçmişi unutmamalıyıq:

"Bizim qonşumuz ermənilərlə münasibətlərdə də normal əlaqələrin və müharibələrin olması tarixdə müşahidə edilibdir. Ancaq Azərbaycanın bir dövlət, ölkə olaraq bəxti onda gətirməyib ki, ermənilər kimi qonşumuz olubdur.

II Dünya müharibəsində Fransa ilə Almaniya müharibə apardı, sonra da normal münasibətlər qurdu. İndi də Avropa Birliyinin iki aparıcı dövlətidir. Eləcə də Fransa ilə İngiltərə arasında iki dəfə yüzillik müharibə olubdur. I, II Dünya müharibəsində də müttəfiq idilər. Aralarında müharibə olub, ərazi tutulub, təzminat alıb, işğallar ediblər, ancaq sonra o insani münasibətlər qurulubdur. Çünki müharibəninin dəhşətləri ilə yaşamaq olmaz. Bütün müharibələr sülhlə bitir və sülhdən sonra da bir arada yaşamalı olursan.

Onların qarşısında durub, ona müqavimət göstərmədikcə irəli gedirlər

İndi bizim qonşumuz ermənilərlə münasibətlərimizə gəldikdə, onların xislətində ümumi insana, Azərbaycana, türkə, müsəlmana nifrət o qədər güclüdür ki, normal münasibətlər qurulanda belə, biz "oldu getdi" deyib unutmaq istədikdə, unutmağa çalışdıqda ermənilər bizə daim xatırladır ki, çox məkrli, hiyləgər düşməndir. Hər fürsət olduqca Azərbaycanı məhv etmək, azərbaycanlıları torpaqlarından didərgin salmaq, etnik təmizləmə aparmaq üçün ayağa qalxır, buna çalışır. Bunu hər fürsətdə bizim başımıza gətiriblər, bundan sonra da edəcəklər. Əslində biz hər il 31 Mart soyqrımını, Xocalı soyqrımını qeyd etməklə bunu xalqımıza, xüsusilə böyüməkdə olan gənc nəslə aşılamağa çalışırıq ki, bizim çox məkrli qonşumuz var. Bu cür fəlakətlər xalqımızn başına gəlibdir.

Tarix dərs almaqdan ötrüdür. Bu fəlakətlər niyə başımıza gəldi? 1905-1906-cı illərdə xalq kimi müstəmləkə əsarətində idik. Rusiya da ermənilərdən istifadə edib, xalqın diqqətini inqilabdan yayındırmaq istəyirdi, milli qırğın törətdi. Erməni də 1890-cı ildə "Daşnak" partiyası yaranandan hazır idi, xalqımıza qarşı İrəvanda, Naxçıvanda, Qarabağda, Bakıda qətl, qarətlər törətdi ki, məhv edib həm sərvətlərinə, həm də abad, hazır məhsullara, evlərə yiyələnsinlər. Həmin vaxt da xalqımızın qeyrətli oğulları "Difai" partiyasını yaratmaqla erməni vəhşiliyinin qarşısını xeyli dərəcədə aldı. Yoxsa erməninin qarşısında durub, ona müqavimət göstərmədikcə irəli gedir, dişi qana batırdı.

Ermənilər bundan sonra da hər fürsətdə xalqımıza qarşı soyqrımlar törədəcəklər

Eləcə də 1980-ci illərin sonu, 1990-cı illrin əvvəllərində Azərbaycanda yenicə dövlətçilik yaranırdı, dövlətin təməli möhkəm deyildi, ordu quruculuğu yenicə başlamışdı, ordu və dövlət rəhbərliyində də xalqına, dövlətinə bağlı olan adamlardan daha çox avantürist, hakimiyyətə gəlməyə çalışan, hakimiyyətə gəlmək üçün hər cür xəyanətə əl atan qüvvələr təəssüf ki, o zaman ordu rəhbərliyində idi. O da 1990-cı illərin əvvəllərində bizim 20% ərazimizin itirilməsinə, 1 milyona qədər qaçqınımızın yaranmasına səbəb oldu. İndi bizim bunlardan dərs almağımız lazımdır. Biz dövlət olaraq möhkəm olmalıyıq, dövlət başçısının ətrafında sıx birləşməliyik, güclü ordumuz olmalıdır və həmişə də erməni məkirlərinə qarşı durmalıyıq. Yoxsa hər fürsətdə xalqımıza qarşı növbəti soyqrımları törədəcəklər.

Erməni o zaman geri çəkilir ki, o, buna məcbur edilir. Necə ki, biz 44 günlük müharibədə Ordumuzun gücü ilə 30 illik işğala son qoyub, ərazilərimizi azad etdikdə onlar daha çox itki verməmək üçün qalan 3 böyük rayonumuzu (Ağdam, Kəlbəcər, Laçın) geri verdilər. 2016-cı ilin aprelində Lələtəpəni azad etmişdik, hər dəfə onun davasın edirdilər ki, Lələtəpəni qaytarın, sonra danışıqlara başlayaq.

Güclü ordumuzun yaranmasına nail olmalıyıq

Əslində bu soyqrımları qeyd etməyimizin bizim üçün tarixi əhəmiyyəti odur ki, bu tarixdən dərs alaq. Dərs alaq ki, xalq olaraq güclü olaq. Güclü dövlətimizin, güclü ordumuzun yaranmasına, onun daha da güclənməsinə nail olmalıyıq. Elə olandan sonra da erməni ilə normal münasibətlər qurulacaq. O zaman erməni də biləcək ki, başqa fikrə düşərsə Dəmir yumruq işə düşəcək.

Erməni vəhşiliyini heç yırtıcı heyvan etməz. Müharibə vaxtı bütün erməni əsgərləri cibində hərəsi bir qaşıq gəzdirirmişlər. Öldürdükləri, əsir götürdükləri azərbaycanlıların gözünü çıxartmaq üçün bunu edirdilər. İnsanlığa sığmayan, belə vəhşi təbiətli bir qonşumuz var".

Tarix
2021.03.31 / 14:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla