Yuxarı

Aygünün prodüseri Türkanla birlikdə - Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aygünün prodüseri Türkanla birlikdə - Video

Mən şou-biznesdə baş verən bir çox proseslərdən uzağam.

Bu sözləri xalq artisti Aygün Kazımovanın prodüseri Roland Bayramov müğənni Türkan Heydərova ilə çalışmağa başlaması haqda Axar.az-a danışarkən deyib. O, Aygün Kazımova ilə də işbirliyini davam etdirdiyini bildirib:

"Qalmaqaldan, səs-küydən kənar gəzən insanam. Yalnız yeni layihələr olduğu zaman jurnalistlərlə bölüşməyi üstün tuturam. Boş-boş danışmaq əvəzinə, yeni iş təqdim etmək lazımdır. Xalq artisti Aygün Kazımova ilə də işbirliyimiz davam edir. Eyni zamanda Türkanla da çalışıram və birgə yeni layihələrə imza atacağıq. Öncədən söyləməyim, sürpriz olsun".

Müğənni Türkan Heydərova da R.Bayramovla işbirliyindən danışıb:

"Bu günə qədər heç vaxt reklam dalınca qaçmamışam. Bu sənətə təsadüfi gələn müğənnilərdən deyiləm. Sadəcə, "Yeni ulduz" yarışmasından sonra təhsilimlə əlaqədar olaraq, yaradıcılığıma fasilə verdim, indi isə yenidən sənətimə start verirəm. Məhz buna görə də prodüser Roland Bayramovla işləməyə qərar verdim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Musiqili teatr aktrisası" fakültəsində xalq artisti Afaq Bəşirqızının tələbəsi olmuşam. Bundan başqa, təhsili 2012-2013-cü illərdə Moskvada davam etdirmişəm. Bu gün isə sözləri, aranjimanı Nadir Nəğdpula, musiqisi Kazım Cana məxsus "Canım" adlı yeni mahnımı dinləyicilərin ixtiyarına verirəm. Düşünürəm ki, bu mahnı şou-biznesə qayıdışımda mənə uğur gətirəcək və insanlar tərəfindən seviləcək".

Tarix
2016.08.05 / 23:16
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla