Yuxarı

Faiq Ağayev evlənməməyinin səbəbini açıqladı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Faiq Ağayev evlənməməyinin səbəbini açıqladı

Sakit, ətrafımda heç kimin olmadığı istirahəti xoşlayıram. Ya meşə, ya da dəniz kənarı olsun, ləpələrin səsi eşidilsin. Aktiv istirahəti, dağa-daşa qaçmağı sevmirəm.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Faiq Ağayev "Star life" verilişinə açıqlamasında deyib.

Müğənni depressiyadan, dostlarından danışıb:

"Depressiya zəif insanlar üçündür, bu hala düşmürəm.

Üç dostum var, hamısı da bu aləmdən kənardılar. Sənət adamı bir-biri ilə dostluq edə bilməz. Çünki ortada bölüşə biləcəyin məqamlar var".

F.Ağayev "Bəs, Aygün Kazımova ilə dost deyilsiniz? Niyə onun konsertlərində sizi görmürük" sualına belə cavab verib:

"Aygün xanımla çox gözəl münasibətlərimiz var. Aygün mənim heç bir konsertimdə olmayıb. Amma mən onun bir neçə böyük konsertində olmuşam. Həm də dəvət edilmədiyim yerə necə gedim?".

Müğənni şəxsi həyatından danışıb, hələ də subay olmasının səbəbini açıqlayıb:

"Mənim üçün dünyanın ən gözəl qadını anamdır. Evdar, gözəl, qayğıkeş biridir. Hələ də subayam. Mənə dözən lazımdır. Səhər saat 6-da yatıram, günorta 1-də oyanıram, televizora baxıram, siqaret çəkirəm... Buna dözmək lazımdır. Buna dözməyə hazır olanlar var, amma axıra kimi gedə biləcəklərmi?".

Tarix
2016.08.06 / 17:18
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla