Yuxarı

Həkim bacıma deyiblər ki, ölmüşəm - Müğənni

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həkim bacıma deyiblər ki, ölmüşəm - Müğənni

Tanınmış müğənni Zahidə Günəş açıqlaması ilə diqqət çəkib.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, "Rəngarəng" verilişinin qonağı olan sənətçi onun barəsində ölüm xəbəri yayıldığını bildirib.

Zahidə Günəş bu məlumatın ailəsinə ciddi psixoloji təsir etdiyini deyib:

"Bacım həkimdir. İşdə olarkən qohumlardan biri sosial şəbəkədə ölüm xəbərimi görüb və bunu bacıma deyib. Deyiblər ki, Zahidə bir neçə saat əvvəl rəhmətə gedib, üstünə həkim gəlib. Bu xəbər mənə çox pis təsir etdi".

Sənətçi həmin vaxt evdə olduğunu və heç nədən xəbərsiz gündəlik işləri ilə məşğul olduğunu vurğulayıb.

O, bu cür yalan məlumatların yayılmasını qəbuledilməz adlandırıb:

"Məni tanıyanlar bilir, ürəyimə görə necə insanam. Dedim ki, Yeni ili yaxşı keçirsin, yanvar ayından sonra bu yalan xəbəri yayanlarla məşğul olacağam".

Müğənninin bu etirafı studiyada və sosial şəbəkələrdə geniş rezonans doğurub. İzləyicilər yalan ölüm xəbərlərinin yayılmasını kəskin tənqid edərək, sənətçiyə dəstək olublar.

Tarix
2025.12.31 / 16:43
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla