Yuxarı

Qırmızıgül “İran xalqını sevirəm” dedi, tənqid olundu

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qırmızıgül “İran xalqını sevirəm” dedi, tənqid olundu

Mən İran xalqını sevirəm. Onların qorxmadan, zülm altında olmadan, yoxsulluqla mübarizə aparmadan öz həyatlarını özləri təyin edə biləcəkləri bir ölkədə yaşamalarını istəyirəm. Şəriət qanunlarına əsaslanaraq və Allahın adından istifadə edərək insanlara zülm etmək səhvdir.

Axar.az xəbər verir ki, bu barədə türkiyəli müğənni Mahsun Qırmızıgül sosial media hesabında yazıb.

Bu paylaşımından sonra sosial şəbəkə istifadəçiləri müğənnini tənqid edib və “Amerika yazdırır”, “İsrail yazdırır”, “Fələstin haqqında heç nə yazmayıb” kimi ittihamlar səsləndiriblər.

“Bizi tənqid etməkdənsə, bu ölkədə Fələstin və Qəzza deyib, gizlicə ABŞ və İsrailin maraqlarına xidmət edənlərə baxın. İstər İranda, istər Fələstində, istərsə də Suriyada, dilindən, dinindən, milliyyətindən və ya rəngindən asılı olmayaraq, məzlum olan hər kəs üçün kədərlənirəm”, - Qırmızıgül iddialara cavab verib.

Tarix
2026.01.13 / 13:25
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla