Yuxarı

Məşhur türk aktyor narkotikdən istifadə edib?

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur türk aktyor narkotikdən istifadə edib?

Türkiyədə məşhurlara qarşı keçirilən narkotik əməliyyatında saxlanılan aktyor İsmayıl Hacıoğlu və keçmiş boksçu Adəm Kılıçcının ifadələri açıqlanıb.

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, İ.Hacıoğlu polisə verdiyi ifadəsində narkotikdən “maraq və stress səbəbilə” istifadə etdiyini etiraf edib və peşman olduğunu bildirib.

"Narkotik maddəni ilk dəfə Hollandiyada olarkən maraqlı gəldiyi üçün yoxladım. Daha sonra zaman-zaman istifadə etməyə davam etdim. Tanınmış bir şəxs olduğum üçün heç kimlə üz-üzə gəlmədim. Sosial media vasitəsilə əlaqə saxladığım şəxslərə pulu poçt qutusuna qoyaraq narkotik alırdım. Aktyorluğun gətirdiyi güclü stress və rahatlama arzusuna görə bu maddəyə yönəldim. Peşmanam", - o deyib.

O, ifadəsindən sonra sərbəst buraxılıb.

Bundan başqa, A.Kılıçcı isə qardaşının vəfatının yaratdığı sarsıntı səbəbi ilə sadəcə 1 dəfə istifadə etdiyini vurğulayıb.

Tarix
2026.02.20 / 14:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla