Yuxarı

Efirdən gedən Toliki bu xanım əvəz edəcək

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Efirdən gedən Toliki bu xanım əvəz edəcək

Xəbər verdiyimiz kimi, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Speys TV kanalında fəaliyyətini dayandırıb.

Axar.az Aztimes.az-a istinadən xəbər verir ki, onun təqdim etdiyi proqram gələn həftənin ilk günündən etibarən yeni aparıcının iştirakı ilə yayımlanacaq.

Toliki efirdə Könül Muxtarova əvəz edəcək. Kanal rəhbərliyinin bununla bağlı yaxın günlərdə rəsmi açıqlama verəcəyi gözlənilir. “Tarixin bir günü” verlişinin adı da dəyişiləcək.

Məlumata görə, Tarix Əliyevin efirdən uzaqlaşdırılmasına səbəb son vaxtlar sosial şəbəkələrdə işlətdiyi qeyri-etik ifadələr və qalmaqallı çıxışları olub. Xüsusilə müğənni Səidə Sultanla yaşadığı açıq qarşıdurma və qarşılıqlı ittihamlar ictimaiyyət arasında geniş rezonans doğurmuşdu. Canlı yayımlarda və sosial platformalarda səsləndirilən fikirlər ciddi müzakirələrə səbəb olmuş, media etikası baxımından birmənalı qarşılanmamışdı.

Qeyd edək ki, artıq məsələ ilə bağlı Audiovizual Şura məlumat yayıb. Məlumatda bildirilib ki, hər hansı proqramın bağlanması və ya aparıcının efirdən uzaqlaşdırılması Audiovizual Şuranın səlahiyyətinə aid deyil.

Tarix
2026.02.25 / 19:47
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla