Yuxarı

Araz Ağalarovun yeni həyat yoldaşı kimdir? - Foto

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Araz Ağalarovun yeni həyat yoldaşı kimdir? - Foto

Xəbər verdyimiz kimi, "Krokus Qrup" şirkətinin təsisçisi, azərbaycanlı iş adamı Araz Ağalarov həyat yoldaşı İrina Ağalarovadan boşanıb və 27 yaşlı Alyona İvanova ilə rəsmi olaraq evlənib.

Axar.az Unikal-a istinadla xəbər verir ki, Araz Ağalarov və İrina uzun illər əvvəl ayrı yaşamağa başlayıblar. Hələ 1990-cı illərdə qadın qızı ilə birlikdə ABŞ-a köçüb və o vaxtdan ailə faktiki olaraq ayrı yaşayır. Rəsmi boşanmanın nə vaxt baş verdiyi isə məlum deyil. Oğlu Emin Ağalarov 2023-cü ildə verdiyi açıqlamada valideynlərinin artıq birlikdə yaşamadığını qısaca qeyd etmişdi.

Ötən gün Ağalarovun boşanması ilə bağlı xəbərlər yayılıb. Ardınca isə onun yenidən evləndiyi məlum olub. Milyarderin seçimi 27 yaşlı Alyona adlı xanım olub. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, cütlük hələ 2019-cu ildən tanışdır.

Alyona Saratov şəhərində anadan olub və sadə ailədə böyüyüb. Məktəbi bitirdikdən sonra Moskvaya köçüb. Onun milyarderlə harada və hansı şəraitdə tanış olduğu isə açıqlanmır. Toydan görüntülər internetdə yayılmayıb, ehtimal olunur ki, mərasim yalnız yaxın çevrənin iştirakı ilə keçirilib.

Alyonanın şəxsi sosial şəbəkə hesablarını gizli saxlayır.

Araz Ağalarov və gənc həyat yoldaşı Bakıda Emin Ağalarovun təşkil etdiyi beynəlxalq “DREAM Fest” musiqi festivalında birlikdə görüntüləniblər. Onların yanında yaş fərqi az olan iki oğlan uşağı da olub. Mənbələrin iddiasına görə, Alyona həyat yoldaşından iki oğul dünyaya gətirib, lakin bu məlumat rəsmi təsdiqini tapmayıb və ailə bu barədə şərh vermir.

Açıq mənbələrə əsasən, Alyona biznes fəaliyyəti ilə məşğuldur. Onun reklam və marketinq sahəsində fərdi sahibkarlığı var. Ötən ilin nəticələrinə görə, gəliri təxminən 268 milyon rubl (5 600 664 AZN) təşkil edib. Bu gəlir sayəsində o, lüks avtomobillər, şəxsi sürücülər və elit daşınmaz əmlakda yaşayış kimi imkanlardan istifadə edir.

Emin Ağalarov isə atasının yeni evliliyi ilə bağlı hələlik açıqlama verməyib.

Tarix
2026.03.31 / 11:21
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev bu qurumların rəhbərlərini qəbul etdi

Bu ölkədə "ASAN xidmət" modelinin tətbiqinə dəstək veriləcək

Erməni separatçılarının Bakıda məhkəməsi keçirildi

Azərbaycan axtarışda olan iki nəfəri bu ölkəyə təhvil verdi

Baş nazir bu əsasnaməni təsdiq etdi

Əli Əsədov iclas keçirdi

Ermənistana propan və gübrə göndərildi

İlham Əliyevə bu məlumatı verdim - Bayraqdar

Kreml Türkiyəni bu cür hədələdi – Nə baş verir?

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla