Yuxarı

Azərbaycanlı müğənni səsini itirdi, konsertləri ləğv edildi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı müğənni səsini itirdi, konsertləri ləğv edildi

"Kamin" hiti ilə dünya miqyasında məşhurlaşan, əslən azərbaycanlı olan tanınmış müğənni Coni (Jony - Cahid Hüseynli) səs tellərindəki problemlərə görə bütün konsertlərini aprelin ortalarına qədər təxirə salıb.

Axar.az xəbər verir ki, bu barədə "Maş” Teleqram kanalı məlumat yayıb.

Martın 27-də Minsk şəhərindəki konserti əsnasında səsini itirən müğənniyə tibb işçiləri tərəfindən oxumaq və danışmaq qəti şəkildə qadağan olunub.

Səs tellərində yaranan kəskin iltihab nəticəsində sənətçinin səhhəti çıxışlar ərəfəsində ağırlaşıb və ona 5 dəfə adrenalin iynəsi tətbiq edilib. İfaçı hazırda iltihab əleyhinə və hormonal müalicə kursu keçir, eyni zamanda, ona 3 həftə ərzində səslə bağlı tam istirahət və sərt yuxu rejimi yazılıb.

Tibb mütəxəssislərinin xəbərdarlığına görə, bu qaydalara əməl edilməməsi səsin həmişəlik itirilməsi ilə nəticələnə bilər. Müalicənin gedişatından asılı olaraq, vəziyyət müsbətə doğru dəyişərsə, müğənnini aprelin 19-da yenidən səhnəyə qayıtması ehtimal olunur.

Xatırladaq ki, bir müddət əvvəl Coni tanınmış gənc tiktok ulduzu Səbinə Xayrova ilə birgə "Komedi Klub" (Comedy Club) proqramında görüntülənmişdi.

Tarix
2026.03.31 / 14:07
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla