Yuxarı

Roza Rəhimli: ”Röya əsl dövlətdir”

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Roza Rəhimli: ”Röya əsl dövlətdir”

"Roza mənim mühasibimdir ki, mənim büdcəmdə nə qədər pul olduğunu hesablayır? Getsin öz işi ilə məşğul olsun".

Bu sözləri "Axar.az"a açıqlamasında Röya Ayxanın prodüseri Kənan Bayramov bildirdi:

"Roza xanım da daxil olmaqla heç kimin bizim xeyriyyə tədbirlərində iştirak etməyimiz haqqında fikir söyləməyə haqqı yoxdur".

"Onlarınsa sürdüyü maşının qiyməti bir milyondur"

Bu sözləri isə müğənni Roza Rəhimli Kənan Bayramovun sözlərinə cavab olaraq bildirdi və sözündən qaçmadığını dedi:

"Söhbət mühasibdən getmir, mən dedim ki, yəni onların kömək etmək imkanı çoxdur. Onlar əsl dövlətdir, onlar nə desə qanundur. Ancaq bunun məsələyə dəxili yoxdur. Fakt budur ki, onların pulu çoxdur, mənimsə yox. Mən demirəm ki, onlar nə yolla qazanıb, nə edib. Pulları olduğuna görə xeyriyyə tədbirlərinə kömək etməlidirlər. Onlar varlıdır, mənsə kasıb. Mənim sürdüyüm maşın balacadır, onlarınkinin qiyməti isə bir milyondur".

Xatırladaq ki, müğənni İlhamə Qasımova talassemiya xəstələri üçün keçirilən xeyriyyə tədbirinə qatılaraq bütün müğənnilərə bu tədbirdə iştirak etmək çağırışıyla bağlı Roza Rəhimli əməkdaşımıza bu sözləri demişdi:
"Bu, gözəl plandır, mən belə işlərə hər zaman müsbət baxmışam. Ancaq imkanım olmadığına görə iştirak edə bilməyəcəyəm. Müğənnilərdən Aygün Kazımova, Röya, onlar hamısı milyoner olub gedib, pula pul demirlər. İmkanları yaxşıdır, iştirak edib yardım etsinlər də".

Tarix
2014.04.12 / 01:29
Müəllif
Gülnarə, Lalə
Digər xəbərlər

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla