Yuxarı

Dedi, evə ancaq meyitin gələ bilər... - İmruzə

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dedi, evə ancaq meyitin gələ bilər... - İmruzə

Mən elə ailəyə ərə getmişdim ki, qayınana, qayınata və 2 baldızla birlikdə yaşamışdım. Bir ailədə çox adamla yaşamaq çətindir.

Axar.az xəbər verir ki, bu sözləri bəstəkar İmruzə Hüseynova “Gəlin danışaq” verilişində ailə həyatı haqda danışarkən deyib. O, çox çətinlik yaşadığını bildirib:

“Gənclərə səslənirəm ki, evlənməyə tələsməsinlər. Bu gün eşitdim ki, yeni bir ailə 3 ay sonra dağılıb. Belə olmaz! Ya ailə qurmayın, kefiniz istəyən cür yaşayın, ya da ailə qurub kiminsə, nəyinsə xətrinə yaşayın. Mən ailə quranda anam demişdi ki, getdinsə, vəssalam, oradan sənin dirin yox, ancaq ölün gələ bilər. Ona görə anama demirdim ki, filan şey oldu... 4 il övladım olmadı, haqqımda çox şeylər dedilər. Çox əsəb keçirdim, uşaq olandan sonra səhhətimdə problem yarandı. 5 ilim də belə getdi, ailə qurandan sonra 10 ilim havaya uçdu. Dərimdə problemlər yarandı. Kənardan baxanda hamı məni xoşbəxt kimi görür, amma heç kim bilmir ki, bunlara nail olmaq üçün çox şeydən keçmişəm. Ailə dövlətdir və onun başında qadın durur. Qadın sükanı necə idarə etsə, o cür olar”.

Tarix
2017.02.04 / 00:45
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla