Yuxarı

Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın "qara avqustu": Putin nəyi gizlədir?

Artıq bir neçə ildir ki, yayın sonlarında Rusiya dramatik böhranlar yaşayır, buna görə də avqust ayını tez-tez “qara avqust” adlandırırlar.

Axar.az xəbər verir ki, bunu CNN-in jurnalisti Neytan Hoca məqaləsində qeyd edib.

O, son bir neçə onillikdə avqust ayında baş vermiş hadisələri xatırladıb. Xüsusilə, Sovet İttifaqının son dövründə radikal kommunistlərin SSRİ prezidenti Mixail Qorbaçovu vəzifəsindən kənarlaşdırmağa cəhd etdiyi uğursuz dövlət çevrilişi cəhdini (QKÇP) qeyd edib:

"Nəticədə, məhz bu, Sovet İttifaqının dağılmasına gətirib çıxarıb. 1998-ci ilin avqustunda Rusiyada maliyyə böhranı başladı və bu, defolta və rublun kəskin dəyər itirməsinə səbəb oldu. 1999-cu ilin avqustunda isə heç kimin tanımadığı keçmiş KQB zabiti Vladimir Putini ölkənin ali hakimiyyət postlarına gətirən İkinci Çeçenistan müharibəsi başladı. Artıq Putinin hakimiyyəti dövründə, 2008-ci ilin avqustunda Rusiya Gürcüstanla müharibəyə başladı və Osetiya ilə Abxaziyanı işğal etdi".

Hoca Ukrayna ilə müharibə kontekstinə də toxunub:

"Bu yay Putin Rusiyası üçün vəziyyət olduqca qaranlıq görünür: işğalçı qoşunların irəliləyişi cüzidir, Rusiyada isə zavod və anbarlarda yanğınlar getdikcə daha tez-tez baş verir. Benzin növbələri və yeni səfərbərlik dalğası ilə bağlı şayiələr isə sıravi vətəndaşlar arasında narazılıq yaradır. Putin zahirən özünəinamlı çıxışında hətta Ukraynanın anbarlara hücumları nəticəsində dəymiş ziyanı da etiraf edib. Lakin o, bunun əhəmiyyətini azaltmağa çalışıb və anbarların dövlət vəsaiti hesabına bərpa ediləcəyinə söz verib".

Tarix
2026.08.24 / 08:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla