Yuxarı

Belarus Şimali Koreya ilə viza rejimini ləğv edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Belarus Şimali Koreya ilə viza rejimini ləğv edir

Belarus və Şimali Koreya (KXDR) yaxın gələcəkdə vətəndaşları üçün vizasız səyahət haqqında saziş imzalamağa hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə Belarusun xarici işlər naziri Maksim Rıjenkov “Belarus-1” televiziya kanalına müsahibəsində məlumat verib.

Nazir sənədin tam hazır olduğunu bildirib:

“Saziş artıq hazırdır, yalnız bir neçə texniki detal qalıb. Biz onu çox yaxın gələcəkdə imzalayacağıq”.

Məzuniyyətini KXDR-də keçirdiyini deyən nazir istirahət zamanı həmkarı Çoy Son-Hui ilə də görüşdüyünü qeyd edib. Rıjenkovun sözlərinə görə, görüşdə ikitərəfli münasibətlərin bütün spektri, Xarici İşlər nazirlikləri arasındakı gələcək əlaqələr və vizasız rejim daxil olmaqla bir sıra mühüm sazişlər müzakirə edilib.

Xatırladaq ki, cari ilin mart ayının sonunda Belarus Prezidenti Aleksandr Lukaşenko KXDR-də Belarus səfirliyinin açılması və vizasız səyahət sazişinin hazırlanması işlərinin sürətləndirilməsi barədə tapşırıq vermişdi.

Tarix
2026.08.24 / 00:24
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla