Yuxarı

Bakı və bölgələrdə işıq olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı və bölgələrdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 24-də bir sıra rayonlarda və paytaxtda elektrik şəbəkələrində təmir işləri aparılacaq.

Axar.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Tərtər Elektrik Şəbəkəsinin (EŞ) xidmət ərazisində saat 10:00-dan 14:00-dək 10 kV-luq elektrik xəttinə toxunan ağacların budanması ilə əlaqədar İrəvanlı və Bayandur kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Ağdaş EŞ-yə daxil olan 35 kV-luq "Pirəzə" və 10 kV-luq "Kükəl" hava xətlərində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 17:00-dək Abad, Ağzıbir, Ağcaqovaq, Eymur, Ərəbşəki, Hüşün, Xınaxlı, Kotavan, Kükəl, Qaradeyin, Qaraoğlan və Pirəzə kəndlərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bərdə EŞ ərazisində yerləşən 35/10 kV-luq "Şirvanlı" yarımstansiyasında 16 MVA gücündə yeni transformatorun quraşdırılması ilə əlaqədar planlı fasilə saat 10:00-dan 19:00-dək Böyük Qacar, Dəymədağıldı, Hüseynbəyli, Xanxanımlı, Kətəlparaq, Qullar, Qurdlar, Piyadalar, Soğanverdilər, Şahvəlilər, Şirvanlı və Uğurbəyli kəndlərini əhatə edəcək.

Goranboyda bir sıra 10 kV-luq hava xətləri boyunca aparılan ağac budama işləri ilə əlaqədar saat 09:45-dən 14:45-dək Bəşirli, Göynüyən və Hazırəhmədli, saat 10:00-dan 15:00-dək isə Xınalı və Qaramusalı kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Regionlarla yanaşı, paytaxtın Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən transformator məntəqəsində (TM) də təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan 13:00-dək Ələsgər Ələkbərov, Hüseyn Cavid, Eldar Ağayev, Abbas Mirzə Şərifzadə, Mirəli Seyidov və Nazim Hikmət küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacağı bildirilib.

Tarix
2026.08.24 / 01:45
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla