Yuxarı

MTRŞ müğənninin yalanını açdı – Rüfət isə...

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ müğənninin yalanını açdı – Rüfət isə...

11:28

Bir neçə gün əvvəl Speys TV-də Rüfət Axundov və həmkarı Rəşad İlyasovun qonaq olduğu “Hər səhər” verilişində R.Axundovun söyüş söyməsini əks etdirən video yayılıb.

Kult.az xəbər verir ki, R.Axundov fonoqramla mahnı oxuyarkən səs rejissoru mikrofonları bağlamağı unudub. Həmin an Rəşad və Rüfət qeyri-etik ifadələr işlədib və həmin səs efirə gedib.

Videonun sürətlə yayılmasından sonra R.Axundov şəxsi İnstaqram səhifəsində video paylaşaraq, görüntünü montaj adlandırıb:

“Kimsə düşmənçiliklə və ya zarafatla edibsə, yaxşı da alınmayıb. Məni tanıyanlar tanıyır ki, heç bir qalmaqalda yoxam. Bunun arxasınca getmək fikrim də yoxdur. Mən mahnımı oxumuşam, fonoqram gedib. Kimsə götürüb üstünə söyüş qoyubsa, ayıb olsun”.

Sözügedən qalmaqaldan sonra Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) “Space” televiziyasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib, iş məhkəməyə göndərilib. Bundan əlavə, MTRŞ bu gündən etibarən R.Axundova efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edib.

"Hər səhər" verilişində yaşanan qalmaqala görə ötən gün səs rejissoru Etibar Mustafayev işdən uzaqlaşdırılıb. Teleqraf.com-un məlumatına görə, bu gün də verilişin aparıcısı Anar Vaqifoğlu efirə buraxılmayıb. Onun əvəzinə verilişi əməmkdar artist Çingiz Əhmədov aparıb.

Report-a açıqlama verən Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev isə bildirib ki, R.Axundovun özünə bəraət qazandırmaq üçün mətbuata təqdim etdiyi görüntüləri özü montaj edib. MRTŞ rəsmisinin sözlərinə görə, bu məsələdə əsas günah efirin səs rejissorunda olub.

Məsələ ilə bağlı R.Axundovla əlaqə saxlasaq da, danışmaq istəmədiyini dedi:

“Sözümü İnstaqramda paylaşdığım videoda demişəm. Əlavə heç bir şey söyləmək fikrim yoxdur”.

Tarix
2019.04.08 / 12:40
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla