Yuxarı

Hər iki müğənni söydü, amma biri cəzalandırıldı – Səbəb

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hər iki müğənni söydü, amma biri cəzalandırıldı – Səbəb

Xəbər verdiyimiz kimi, müğənnilər Rüfət Axundov və Rəşad İlyasov Speys TV-nin “Hər səhər” verilişində canlı yayım zamanı mahnının sözlərini dəyişərək, söyüşlə ifa ediblər.

Sözügedən verilişin lent yazısı “Myvideo”dan qaldırılsa da, yayılan videoda hər iki müğənninin söyüşdən istifadə etdiyi aydın görünür və eşidilir. Həmçinin, Speys TV-nin yaydığı bəyanatda da hər iki müğənninin “efir mədəniyyətinə zidd olaraq əxlaqdan kənar ifadələrə yol verdikləri” xüsusi olaraq vurğulanır.

MTRŞ-nin yaydığı açıqlamada isə aparılan monitorinq nəticəsində müğənni Rəşad İlyasovun efirdə R.Axundovla birgə mahnı ifa etməsinə baxmayaraq, ədəbsiz ifadələr işlətmədiyi bildirilib. Buna görə də R.Axundova tətbiq edilən efir qadağasından R.İlyasov kənarda qalıb.

Məsələyə aydınlıq gətirən Milli Televiziya və Radio Şurasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov Kult.az-a açıqlamasında deyib ki, burada xırdaçılıq etmək lazım deyil:

“MTRŞ videonu araşdırıb. Məlum olub ki, mahnını söyüşlə Rüfət Axundov ifa edir. Hətta əl hərəkətləri də edir, əlini aparıcının üzünə tutaraq o ifadələri işlədir. Həm də nəzərə almaq lazımdır ki, bu, Rüfət Axundovun ifasında səslənən mahnıdır”.

T.Dadaşov bildirib ki, mahnını ifaə edən Rəşad İlyasov deyil:

“O sözləri işlədən də, əl hərəkətləri edən də Rüfət Axundovdur. MTRŞ-nın hansısa müğənni ilə heç bir işi yoxdur. Səhvi edən Rüfət olduğuna görə onunla bağlı belə bir addım atılıb. Yəni səhvi kim edibsə, o da cəzalandırılıb”.

Xatırladaq ki, 4 apreldə müğənnilər Rüfət Axundov və həmkarı Rəşad İlyasov qonaq olduğu Speys TV-nin “Hər səhər” verilişində mahnı ifası zamanı sözləri dəyişdirərək, əxlaqdankənar ifadə işlədiblər. R.Axundovun ifasında səsləndirilən mahnı fonoqram təqdim edildiyindən, müğənnilər mikrofonun açıq olmasından və söyüşlərin efirə getməsindən xəbərsiz olublar.

Sözügedən qalmaqaldan sonra Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) Speys TV-nin İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edib, iş məhkəməyə göndərilib. Bundan əlavə, MTRŞ bu gündən etibarən R.Axundova efir qadağasının tətbiq edilməsi ilə bağlı telekanallara şifahi xəbərdarlıq edib.

Speys TV isə yaydığı açıqlamada efir əxlaqına uyğun olmayan sözlər işlədən müğənniləri kəskin qınamaqla yanaşı, verilişin yaradıcı və texniki heyəti ilə əlaqədar da ciddi, təxirəsalınmaz tədbirlər görüldüyünü bəyan edib.

Tarix
2019.04.08 / 16:08
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycan müdafiə sənayesi necə strateji üstünlüyə çevrildi?

Azərbaycanla 500 milyonluq müqavilə imzaladıq - Nazir

Azərbaycan və Türkiyənin zərbə PUA-sı - Foto

Prezident sərgilərdə iştirakı ilə bağlı bağlı video paylaşdı

Prezident və xanımı Bakıda sərgidə... - Foto

Güney Azərbaycanda yeni partiya yarandı

20 min manatlıq limit ləğv edildi

Yaponiya onu Azərbaycana səfir göndərdi

Tiflisdə Heydər Əliyevin büstünü zədələyən erməni tutuldu

Bakı bu məsələdə İrəvanla əməkdaşlıq etməyəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla