Yuxarı

Rüfət Axundov efirdən qovulub? - Açıqlama

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rüfət Axundov efirdən qovulub? - Açıqlama

Rüfət Axundov bizim canlı yayımdan qovulmayıb.

Bu sözləri Kult.az-a açıqlamasında “Hər şey daxil” verilişinin aparıcısı Tarix Əliyev (Tolik) deyib.

O bildirib ki, Rüfət Axundov verilişdə bəzi məsələlərə əsəbiləşib deyə efiri tərk edib:

“Efirdə Rəşad İlyasovla canlı bağlantı oldu. Rəşad bəzi məsələrə aydınlıq gətirmədi deyə Rüfət əsəbiləşdi. Daha sonra Rüfət Axundov canlı oxudu. O oxuyan zaman reklam fasiləsinə keçiməli idi. Bizdə qayda-qanun var ki, reklama vaxtı olanda kim olur olsun reklama bağlanılır. Rüfət də canlı oxuyurdu deyə, redaktor dəqiqəni hesablaya bilmədi ki, hansı dəqiqədə mahnını bitirsin. Yəni “Xəzər”dən heç kim qovulmayıb”.

Tarix Əliyev Rüfət Axundova efir qadağası olmadığını və rəhbərliyin də onun qonaq qismində iştirak edəcəyindən xəbərdar olduğunu deyib:

“Rüfət Axundovun efir qadağası yoxdur. Şəxsən MTRŞ sədri Nuşirəvan müəllimin açıqlamasını oxudum ki, Rüfətin qadağası yoxdur. Yalnız tövsiyə edilmişdi ki, efirlərə çağırılmasın. Veriliş bitəndən sonra kanal rəhbərinin yanında oldum. Rüfət Axundovun efirə çıxmasından rəhbərliyin xəbərsiz olması barədə kanalın sözçüsü Aqşin Kamalın verdiyi açıqlama təkzib olunub”.

Qeyd edək ki, bu gün müğənni Rüfət Axundovun Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişindən qovulması ilə bağlı məlumat yayılmışdı.

Tarix
2019.04.16 / 13:34
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Heydər Əliyev və Alyona Əliyeva Zəfər Parkında - Foto

Ərdoğandan xəbərdarlıq: Qardaşlığı zəiflətmək istəyənlər...

Bu haqlı Zəfər bütün Türk dünyasının qürurudur - Ərdoğan

Azərbaycan və Türkiyənin arasına heç kim girə bilməz

Əliyevdən Ərdoğana: Dəstəyiniz ruhumuzu artırıb

Zəfər günündə bizimlə bərabər olmağınız bizi sevindirir - Əliyev

İlham Əliyevlə Ərdoğanın birgə mətbuat konfransı - Canlı

Mehriban Əliyeva və Əminə Ərdoğan əl-ələ... - Video

İlham Əliyev Ərdoğanı Şuşaya özü apardı - Foto

Prezident Ərdoğanın səfəri ilə bağlı görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla