Yuxarı

Mirzəzadənin mahnısı oğurluq çıxdı – Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirzəzadənin mahnısı oğurluq çıxdı – Video

Müğənni Elvin Mirzəzadənin “Bu onun işidir” adlı oxuduğu və klip çəkdirdiyi mahnının sözləri oğurluq çıxıb.

Kult.az xəbər verir ki, bu barədə müğənninin özü məlumat paylaşıb. O bildirib ki, mahnı yayımlandıqdan sonra oğurluq olduğundan xəbər tutub:

“Feysbukda dostluğumda olan Adil Əmircan adlı biri mənə mesaj yazır ki, məndə yaxşı mahnı sözləri var, istəyirsiniz göndərim baxın, bəyənsəniz, qiymətdə razılaşaq, alın, bəstələyib, oxuyun.

Şeiri bəyəndim və dediyi qiymətə aldım. Mahnı dünən çıxır və bu gün məlum olur ki, “Bu onun işidir” şeirinin müəllifi başqa şəxsdir. Dostumuz Həsən Babayev mənə zəng edir ki, bu şeirin sözləri mənimdir və mən bunu 2017-ci ildə Feysbukda status kimi paylaşmışam. Yəni Adil Əmircan adlı biri başqasının şeirini mənə satmaqla yanaşı, bir istedadlı şair qardaşın haqqına girib”.

Məsələ ilə bağlı sözügedən şeirin müəllifi olduğunu iddia edən Həsən Babayev saytımıza açıqlamasında bildirib ki, Adil Əmircan adlı şəxs onun şeirini Feysbuk hesabından oğurlayıb:

“Mahnıya dünən qulaq asanda gördüm ki, sözləri mənə məxsusdur. 2017-ci ildə mən bu şeiri Feysbukda da paylaşmışdım. Əvvəllər daha çox şeir yazmaqla məşğul idim. Amma son illərdə bəstəkarlıq edirəm. Brilyant Dadaşova da daxil olmaqla mən bir çox müğənnilərə mahnı bəstələmişəm. Adil Əmircan yəqin ki, mənim şeirimi Feysbukdan götürüb. Klipdə də onun adı yazılıb və yenidən düzəliş edilməsi çətin məsələdir. Elvin dostumdur, onun da günahı yoxdur, aldadılıb sadəcə. Şeirlərimi müəllif hüquqlarında rəsmi olaraq təsdiqləməmişəm deyə, əlimdə sənəd də yoxdur ki, məhkəməyə müraciət edim. Birinci dəfədir bu halla rastlaşıram, hələlik məhkəməyə müraciət prosedurandan da xəbərsizəm”.

Tarix
2020.01.29 / 18:36
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Nazirlər son hərbi qarşıdurmadan narahatdır - XİN

Xamenei ABŞ zərbəsi ilə ölməyib? - Arakçının şok eyhamı...

XİN rəhbəri ispan həmkarı ilə Yaxın Şərqi müzakirə etdi

Bayramov iraqlı həmkarı ilə regionu müzakirə etdi

Serb diplomatlar Azərbaycana təxliyə olunacaq - Vuçiç

Rusiya səfirliyi Azərbaycana təşəkkür etdi

Bayramov Özbəkistan XİN başçısı ilə danışdı

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

İordaniya səfiri təxliyə edildi: Azərbaycanı sevirəm...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla