Yuxarı

“Oskar”ın yayımında reklam - Qiyməti

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Oskar”ın yayımında reklam - Qiyməti

Bu il mükafatlandırma mərasimində "Disney" şirkəti 100 milyon dollardan çox pul qazanacaq.

Axar.az xəbər verir ki, "Disney" kinostudiyasına məxsus ABC telekanalının efirində Kino Sənəti Akademiyası ("Oskar") mükafatının təqdimat mərasiminin yayımı zamanı reklamın 30 saniyəsinin qiyməti 1,95 milyon dollar olacaq. Və kanal reklam işindən ümumilikdə 100 milyon dollar götürməyi planlaşdırır.

Mərasim zamanı verilən reklamın qiyməti 2009-cu ildən durmadan artır və əsas reklam verənlərin – "Hunday" avtokonserni və "Samsunq" smartfonları istehsalçıları – payına bütün reklam xərclərinin tam yarısı düşür.

Qeyd edək ki, ABC 2020-ci ilədək mərasimin yayım hüququna malikdir. "Oskar"ın təqdimat mərasimi isə ABŞ-da ilin ekran qarşısına ən böyük auditoriya toplayan əsas tele-hadisəsidir. 20-dən artıq nominasiyada tunc heykəlciklərin sahiblərini öyrənməklə yanaşı, amerikalılar məşhur "qırmızı yol"dan keçən ulduzların libaslarını da diqqətlə izləyir və mərasim zamanı keçirilən şounu da səbirsizliklə gözləyirlər.

Bu il isə həmin şounu "Mən sizin ananıza necə rast gəldim" serialından məşhur olan aktyor Nil Patrik Harris aparacaq.

Tarix
2015.02.23 / 01:37
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla