Yuxarı

Pərvin karantini pozdu: həm də bu cür...

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pərvin karantini pozdu: həm də bu cür...

Aktrisa Pərvin Abıyeva karantin rejimi və yol hərəkəti qaydalarını pozmaqla gündəmə gəlib.

Kult.az Musavat.com-a istinadla xəbər verir ki, aktrisa avtomobil idarə edə-edə İnstaqramda canlı yayıma qoşulub. İzləyicilərin suallarına cavab verən aktrisanın kəmər taxmaması, tez-tez sükanı buraxması, telefondan istifadə etməsi diqqətdən qaçmayıb.

Aktrisa eyni zamanda karantin qaydalarını da pozub. O, icazə almadan evdən çıxdığını gizlətməyib:

“Heç neçəyə mesaj göndərməmişəm. Mənə yox, bu insanlara deyin bu karantində hara gedirlər”.

Hər zaman canlı yayımı şəxsi səhifəsində bölüşən aktrisa tənqidlərdən sonra həmin görüntüləri silib.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün tədbiq edilən karantin rejimində 8103-ə SMS göndərərək 2 və ya 5 saatlıq icazə ilə küçəyə çıxmaq mümkündür. İcazəsiz küçəyə çıxanlar isə 100 manat cərimələnir.

İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə görə, kəmər taxmayan sürücülər 40 manat, “Yol hərəkəti haqqında” Qanuna görə sükan arxasında hərəkət zamanı əldə mobil telefon saxlayan və ondan istifadə edən sürücülər isə 50 manat cərimələnir.

Tarix
2020.04.22 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla