Yuxarı

Əkiz bacılar: “Bizə deyən lazım...” – Qalmaqal

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əkiz bacılar: “Bizə deyən lazım...” – Qalmaqal

"Biz efirə çıxanda mən demədim ki, bu adam ölüb. Mən dedim ki, əgər sağdırsa, bizimlə əlaqə saxlasın".

Bu sözləri Sevil və Sevinc bacıları Aqil Məmmədovla aralarında yaranmış müəlliflik hüququ məsələsi ilə bağlı Axar.az-a danışarkən deyiblər:

"İnternet deyilən bir şey var da, düzdür? Mahnını Yutubda axtaranda orda yazmışdılar ki, insan dünyasını dəyişib, həm də bunu 1-2 nəfər demir, kütləvi şəkildə yazmışdılar. Biz efirə çıxanda mən demədim ki, bu adam ölüb. Mən dedim ki, əgər sağdırsa, bizimlə əlaqə saxlasın. Bu adamın sağ olduğunu biləndə efirdə açıqlama verdik ki, bu adam sağdır və yanlış məlumat olub. Amma ürəyi istəyirsə, getsin, versin məhkəməyə. Mən ondan bir xeyli pul alaram. Bizə deyən lazım, neynirsən o mahnını oxuyursan?! Biz, onsuz da, sevilirik. Bizə vacibdirmi kiminsə mahnısını götürüb yenidən gündəmə gətirmək? Bax bunu bizə deyən lazım idi. Mahnı sifarişli olduğu üçün yeni aranjimanda işləndi. Bizi məhkəməyə verməyə heç kimin haqqı çatmır. Çünki mən mahnını götürüb onun aranjimanında ifa etməmişəm. Cibimdən xərc cəkib onun aranjimanını etmişəmsə, burda qəbahət yoxdur. Türk mahnıları da ifa etmişəm, onda Hadisə getsin məni məhkəməyə versin?! Bugünkü gündə yetərincə uğur qazanırsansa, populyarsansa, gündəmdəsənsə, insanlar da istəyir sənin sayəndə gündəmə gəlsin. O, mənə "sağ ol" desin ki, bizim ifamızdan sonra "Borc ver" mahnısının 1 milyondan çox izləyicisi var. Ay qardaş, sən bu mahnını ifa etmisən, sənə deyiblərmi, oyda, bu nə qıjı mahnıdı? Amma biz yeni ifamızla sübut etmişik ki, heç bir mahnıya "qıjıdı", "çuşkariskidi" demək olmaz. Hər şey ifadan və ifaçıdan asılıdır. İndi o gəlib bizə "sağ ol" deməlidir".

Xatırladaq ki, "Sarı çiçəyim", "Borc ver" kimi mahnıların ilk ifaçısı Aqil Məmmədov Ölkə.az-a verdiyi açıqlamada əkizlərin onun hüququnu pozduqlarını, icazəsiz onun mahnısını ifa etdiklərini və üstəlik, "rəhmətə gedib" ifadəsini işlətdikləri üçün xanımları məhkəməyə verəcəyini bildirmişdi.

Tarix
2015.04.14 / 11:11
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Almaniya "Nardaran ssenarisi" ilə üzləşir - İranın “dini kanton” planı

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

Gürcüstan Azərbaycandan bu məhsulun idxalını 9 dəfə artırdı

Lavrov Bayramova şikayətləndi, ardınca Rusiya bunu etdi...

Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama

Gizli görüş olur: Niyə Bakıdan izn alınmır?

Azərbaycan bu ölkə ilə əlaqələrə böyük önəm verir

Mediamız lazım gəldikdə hücuma da keçir - Hacıyev

Ermənistan niyə əmlakımızı qaytarmır? - Zülfüqarov sübut etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla