Yuxarı

Dəhşət: "Ata, sənin hamilə arvadın..." - Canlı yayımda

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəhşət: "Ata, sənin hamilə arvadın..." - Canlı yayımda

Rumıniyanın ən məşhur müğənnilərindən biri, "qaraçı kralı" sayılan Nikolae Quta ölkə telekanallarından birində hamilə arvadını döyüb. Səbəb isə onun əvvəlki nikahdan olan oğlu ilə arvadı arasında "eşq əlaqələri"nin olması barədə açıqlama olub.

Milli.Az xəbər verir ki, tok-şouya dəvət olunmuş milyonçu müğənni Nikolae Qutanın 5 qadından 10 oğlu var. Proqramda 47 yaşlı Nikolae Qutanın arvadı, rəqqasə Yuliya, habelə müğənninin sabiq arvadı Narsisiya və onun oğlu Nikuda iştirak ediblər. Hər şey normal olduğu vaxt Niku qəflətən deyib: "Sənin indiki hamilə arvadın Yuliya bir zamanlar mənim məşuqəm olub. Bundan xəbərin varmı, ata?!"

Bu sözləri eşidən Nikolae çılğına dönüb və yanında oturan arvadına tərəf dönərək Yuliyanın saçlarından yapışıb, onu vurmağa başlayıb. Daha sonra isə o, oğlunu döymək istəyib. Nikolaeni aparıcılar güclə sakitləşdiriblər.

Hamilə Yuliya ağlayaraq studiyanı tərk etmək istəsə də, sonradan fikrini dəyişib və Nikuya hücum edib: "Şərəfsiz! Fahişənini oğlu! Səni anan öyrədib! Yalan danışırsan, alçaq!"

Nikunun dediyinə görə, onun atası əvvəlki məşuqəsi Flori ilə yaşayanda o, Yuliya ilə tanış olub: "Flori həmin vaxt atamın 11-ci övladına hamilə idi. Yuliya da barlardan birində rəqqasəlik edirdi. Yuliya ilə tanış oldum, sonra onu evə apardıq və gecələdik. Sonralar dəfələrlə görüşdük. İndi də o, atamın yeni arvadıdır".

Nikunun dediyinə görə, atasının daha bir sabiq məşuqəsi, "Rumıniyanın Beyonsesi" kimi tanınan 23 yaşlı Madalina Dumitru ilə də əlaqədə.

Əsl ad və soyadı Nikolae Linquraru olan Nikolae Quta "manele" stilində qaraçı mahnılarını oxuyaraq məşhurlaşıb. Banklara əsla inanmayan Quta pullarını evlərə, villalara, habelə zərgərlik məmulatlarına yatırır.

Tarix
2015.09.26 / 16:13
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən AB-Azərbaycan görüşü barədə açıqlama

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi

Prezident və xanımı Antalyada mühüm tədbirdə...

Bu nazirlikdə kollegiya iclası keçirildi

Türkiyədə şagird hücumları: Psixoloqlar çağırış etdi - Təhlükə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla