Yuxarı

Xalq artisti: “Bunu biləndə şoka düşdüm” – Video

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xalq artisti: “Bunu biləndə şoka düşdüm” – Video

Fikrimiz o idi ki, muğamdan bəhrələnən rok qrupu yaradaq.

Bu sözləri xalq artisti Mübariz Tağıyev böyük kütlə tərəfindən sevilən və Azərbaycanda rokun ən gözəl nümunəsi hesab olunan "Bir sabah" mahnısının tarixi ilə bağlı Axar.az-a danışarkən deyib:

"Bir sabah" mahnısı 80-ci illərin sonu, 90-cı illərin əvvəlində yaranıb. Söhbət açıldı ki, vaxtilə 60-cı illərdə rok qruplar olub, indi isə yoxdur. Ya musiqiçilər yoxdur, ya da var, amma xaricdədir. Və biz Eldar Mansurovla bu istiqamətdə dörd mahnı hazırladıq.

"Bir sabah" mahnısı filmdə də səsləndi və ətrafımıza xeyli adam topladı. Digər üç mahnı da pis deyildi. Fikrimiz o idi ki, muğamdan bəhrələnən rok qrupu yaradaq. Amma maliyyə məsələlərinə görə alınmadı. Qrupa daxil olacaq adamların heç biri indi Azərbaycanda yoxdur, hərəsi bir ölkədədir. Saxlaya bilmədik, dağılıb getdilər. Tamam ayrı bir istiqamət olacaqdı. "Bir sabah" mahnısı 80-ci illərdə yaransa da, bu gün də aktualdır. Yaşar Baxış həm mahnının aranjimanını etdi, həm də gitarada ifa elədi. İndiyə qədər qalan da təkcə Yaşardır. Mahnını "Tac" qrupu ilə hazırlamışdıq.

Düzü, "Bir sabah" mahnısının filmdə səsləndirilməsi nəzərdə tutulmamışdı. Ramiz Əzizbəyli mahnını eşidəndə, deyilənə görə, əvvəlcə diqqətini çəkməyib. Amma Eldar müəllim dedi, nəsə hiss edirəm ki, bu mahnı filmdə səslənəcək. Mən sözün düzü, bu söhbətlərdə iştirak etməmişəm, sadəcə, eşitmişəm. Filmin sonunda "Bir sabah" mahnısı səslənəndə şoka düşmüşdüm. Bu da Ramiz müəllimin böyüklüyüdür ki, "Bəxt üzüyü" kimi tragikomik bir filmin sonunda belə bir mahnı səsləndirdi".

Qeyd edək ki, "Bir sabah" mahnısının sözləri xalq şairi Vaqif Səmədoğlunun, musiqisi bəstəkar Eldar Mansurovundur.

Tarix
2015.10.15 / 09:18
Müəllif
Nigar An
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla