Yuxarı

Aygün Kazımovaya qarşı təxribat hazırlanır

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Aygün Kazımova bu gün qonaq olduğu radio verilişlərindən birində ona olunan təxribatlardan danışıb.

Publika.az xəbər verir ki, müğənni bu təxribatların hələ illər əvvəl start götürdüyünü xatırladıb:

"İllər əvvəl layihələrimdən birinin təqdimat mərasimi idi. Birdən qarşıma çılpaq xanımların şəklini qoydular. Şəkillərdən birinə mənim başımı qoymuşdular. Montaj işi təzə başlayırdı. Şəkillərə baxıb təəssüfləndim ki, heyif, bu, mənim bədənim deyil. Xanımların çox gözəl bədəni var idi. Bu yaxınlarda isə qızımla bağlı xəbər çıxartdılar. Guya qızımın çılpaq rəqs etdiyi video yaydılar. Baxanlar da yazırdı ki, bu, axı qadın bədəni deyil".

A.Kazımova belə təxribatların davamı olacağını da deyib: "Hələ bu yaxınlarda bir xəbər də çıxacaq. İndidən deyim, media işçiləri bilsin. Bir qrup mənə qarşı təxribat hazırlayır. Guya üzdəniraq qonşularımız ilə şəkil çəkdirmişəm. Bir onu deyim ki, erməniyə güllə atan, erməni ilə dostluq etməz. Amma bu xəbər də bu yaxınlarda çıxacaq. Mən belə şeylərə gülürəm. Başa düşürəm ki, "Aygün" sözünün sinonimi "gündəm"dir, "reytinq"dir, reklamdır. Bu xəbəri çıxardan insanların halına acıyıram".

Tarix
2016.03.05 / 00:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla