Yuxarı

“Mən Valentin müəllimin gününü qeyd etmirəm” – Tanınmışlar

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Mən Valentin müəllimin gününü qeyd etmirəm” – Tanınmışlar

Bu gün Beynəlxalq Valentin günüdür. Bu gün hər kəs bir-birinə olan müxtəlif hədiyyələr verməklə sevgisini bir daha sübuta yetirməyə çalışır.

Tanınmış səhnə adamları ilə danışıb, onların bu günü bayram kimi qeyd edib-etmədiyini öyrəndik.

Müğənni İlhamə Qasımova bu günü bayram kimi qeyd etmədiyini bildirdi:

"Sözün düzü, qeyd eləmirəm. Heç tanımıram Valentin kimdir. Amma bilirəm ki, bu gün sevgililər günüdür. Bizim üçün yaxşı bəhanədir ki, hədiyyə qəbul edək. Ancaq xüsusi olaraq bu günü qeyd eləmirəm. Yox, hədiyyə almamışam, sözün düzü, heç gözləmirəm də. Mənim üçün əsas olan vaxtımın maraqlı keçməsidir. Hədiyyə gül də olsa yaxşıdır. Görək də... mən heç bu dəfə xüsusi olaraq hədiyyə istəməmişəm".

Reper Uran da bu günü bayram kimi qeyd etmir və onun fikrincə, sevgini qeyd eləmək üçün xüsusi günə gərək yoxdur:

"Mən Valentin müəllimin gününü qeyd etmirəm, məncə hədiyyə və sevgi üçün hansısa gün lazım deyil" .

İfaçı Günay İbrahimli isə bu günü qeyd edənlərdəndir. Bildirək ki, sevdiyi şəxs ona qızılgül hədiyyə edib. Özü isə nə hədiyyə edəcəyi barədə hələ ki, dəqiq bilmir.

Hit mahnıların bəstəkarı və aparıcı Murad Arif bu günü qeyd edir və hədiyyə olaraq xanımına gül dəstəsi verib:

"Valentin gününü qeyd edirəm, həyat yoldaşıma gül dəstəsi almışam. Həyat yoldaşının mənə olan hədiyyəsi isə özəl qalsın".

Onun fikrincə, bu gün sevdiyini söyləmək üçün ələ düşən növbəti şansdır:

"Bu gün sadəcə, daha bir fürsətdir ki, sevdiyimi söyləyim. Bir az adekvat, ya da heç olmazsa pozitiv olun. Yaşasın, sevgi və səmimiyyət!"

Xalq artisti Nisə Qasımovaya görə, təkcə bu gün yox, onun üçün hər gün sevgi, barış günüdür:

"Mənim üçün təkcə bu gün yox, hər gün sevgi, məhəbbət və barış günüdür".

Tarix
2014.02.14 / 14:53
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Bakıda bu konfrans kiber hücuma məruz qaldı - Foto

Bakı beynəlxalq müzakirə platformasına çevrilir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla