Mənim istedadıma hər yerdə ehtiyac var. Bütün günü
verilişdən-verilişə qaçıram. Demək, təlabatlıyam ki,
çağırırlar.
Bu sözləri Axşam.az-a açıqlamasında xalq artisti Səməd Səmədov
deyib. Yeniliklərindən danışan müğənni ənənəsinə sadiq qalacağını
və bu il də disk çıxaracağını bildirib:
"Uzun müddətdir ki, hər il mütləq disk, klip buraxıram. 2015-ci
ilin ən bərkgedən, gündəmdə olan iki mahnı mənə aid idi: "Mənə belə
gözəlsən", "Evlənirəm". Hər gün məşğulam. Bu il də albom
buraxacam".
S.Səmədov müğənnilikdən başqa biznesinin olmadığını
söyləyib:
"Oğlum Moskvadadır, öz biznesi var. Qızım və kürəkənim şirkətdə
işləyirlər. Həyat yoldaşım bir vaxtlar rəfiqəsi ilə restoran
götürüb işlədirdi. İndi dedim ki, bəsdir, otur nəvələrinə bax. İndi
evdar xanımdır. İlhamə Quliyeva mənə "toylar kralı" adı vermişdi.
Çünki toylara yenilik, müasirlik gətirmişdim. Saat 10-a kimi xalq,
bəstəkar, aşıq mahnıları oxuyurdum. Ondan sonra isə diskoteka
edirdim. İndi mənim tək biznesim toylardır".
Müğənni gənc ifaçıların "Yaşlılar toyları əlimizdən alıb"
ifadəsinə münasibər bildirib. O, "Bu yaxınlarda Xuraman Şuşalı
açıqlama verdi ki, istəmirəm müğənnilərimiz yaşlananda toylara
getsin. Sizcə, yaşlı müğənnilər toy aparmamalıdır" sualına belə
cavab verib:
"25 il bundan qabaq toy biznesinə girdim. Dedim, çəkilin qırağa,
Səməd gəlir. İndi də cavanlarda istedad, savad varsa, bizi
çəksinlər qırağa. 25 il əvvəl bu addımı atdım, bir nömrə oldum.
Bütün toyları aldım əlimə. İndi kim bacarır, məni kənara çəkib,
alsın toyları əlimdən".
S.Səmədov toyların olmamasından da şikayətlənib:
"Toylar yoxdur. Yeni ildən sonra gözlədik ki, toy olacaq. Amma
alınmadı. Ümidimizi bağlamışıq iyul və avqusta. Gözləyirik ki,
həmin aylarda toy olacaq".