Yuxarı

Əli Mirəliyevin sərvəti üzə çıxdı: İki bağ, Türkiyədə ev...

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Mirəliyevin sərvəti üzə çıxdı: İki bağ, Türkiyədə ev...

Tək-tənha oturmuşam Mərdəkanda. Qızımın evi ayrı, yoldaşımın evi ayrı, oğlumun evi ayrıdır. Hamısı bir rayonda, şəhərin mərkəzində yaşayırlar. Vaxtında toya gedib onlar üçün gün ağlamışam, ev almışam. İndiki pulla mən ev ala bilərdim? Mərdəkanda və Nardaranda iki bağım, Türkiyədə bir evim var. O ki qaldı bayrama, heç hiss etmədim. Bilmədim ki, necə oldu, necə olmadı?

Axar.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev deyib.

"Evdən bayıra çıxmıram. Keçmişdə gedib-gəlirdik ora-bura. İndi kim kimin evinə qonaq gedir ki! Vallah, mən görmürəm. Qonaq gedib-gəlmək qaldı o illərdə. Yüz cür adət var idi. O bayram ki biz keçirmişik, onu görmədim", - o bildirib.

O əlavə edib ki, bəzən ona yenidən səsyazma studiyasında mahnı yazdırmağı təklif edirlər:

"Qətiyyən etmərəm. İndi düzgün oxumaq heç kimə lazım deyil. Bu gün ancaq geydirmə oxuyanlar var. Onları da hamınız tanıyırsız, bilirsiz, görürsüz. Habil Əliyev düz deyirdi ki, öləndən sonra adamı o qədər tərifləyirlər ki, adamın ölməyi gəlir. Mən nə qədər sağam, bunu görməyəcəm. Sizlər sağ olsanız, görəcəksiniz. Biz vaxtımızda getdiyimiz toyları öz toyumuz, qohum-əqrabamızın toyu kimi bilirdik. Orada abırsızlıq, həyasızlıq edə bilməzdik. İndikilər biabırçılıq edirlər.

Mənim haqqımda deyirlər ki, guya danışmağımla yadda qalmışam. Bu sözü deyənlər əsl müğənni deyillər. Əsl müğənni olsaydılar, bu sözü deməzdilər. Onlar qalmaqalla, bir-birinin ailəsinə söz atmaqla gündəmdə qalırlar. Belə oxumaq olar? Bu abırsızlıqdır”.

Əli Mirəliyev xalq artisti Aygün Kazımovanın kinostudiya görkəmində villa tikdirməsinə də münasibət bildirib:

“Onlar mənim gözümdə nə oxuyandırlar, nə də xalq artistləri. Özfəaliyyət səviyyəsində olan insanlardır. Camaatın heç yaşamağa başı üstə damı yoxdur, o, geyimləri üçün ev tikdirir. Bu, artıq qudurğanlıqdır. Müvəfəqiyyətdən başları gicəllənir. Onlar unudublar ki, Allah verir, Allah da alır”.

Tarix
2025.03.25 / 19:10
Müəllif
Axar.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla