Yuxarı

Şahzadə Harri boşanır

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahzadə Harri boşanır

Sasseks hersoqu şahzadə Harri və həyat yoldaşı aktrisa Meqan Markl maliyyə böhranı və boşanma ərəfəsindədirlər.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, cütlük "Netflix"lə əməkdaşlığın dayandırılması səbəbilə həm maddi çətinlik, həm də münasibət böhranı yaşayır. Onlar hazırda "Netflix"də yayımlanan "With Love” adlı layihələrinə ümid bağlayıb. Lakin məlumata görə, "Netflix" bu layihəni davam etdirmək istəmir və yalnız ikinci mövsümə etikadan irəli gələn "jest” olaraq razılaşıb.

"Meqan və Harri bu müqaviləyə arxalanırlar - 29 milyon dollar dəyərindəki villalarını və böyük heyətlərini saxlamaq üçün. Əgər müqavilə yenilənməsə və xərclər azaldılmasa, onlar müflis ola bilərlər", - deyə mənbə bildirib.

Mənbələrə görə, cütlük efirdə səmimi görünmür, trendlərə uyğun davranmağa çalışır və bu da tamaşaçının onları qəbul etməməsinə səbəb olur. "With Love” şousu cəmi 5,3 milyon baxış toplayıb. Müqayisə üçün, "Netflix"in ən məşhur seriallarından biri olan "Pərəstiş dövrü” 140 milyon baxış həddini keçib. Harrinin polo və bağçılıq haqqında çəkdiyi sənədli film isə yalnız 500 min izləyici toplaya bilib.

Platforma nümayəndələrinin dediyinə görə, Meqan və Harrinin layihəsi parlaq, lakin darıxdırıcıdır. "Netflix" rəhbərliyi bu əməkdaşlığı "bədbəxt bir fəsil” kimi görür və onun sona çatmasını gözləyir.

Mənbələr qeyd edir ki, bu vəziyyət yalnız maliyyə deyil, həm də şəxsi münasibətləri gərginləşdirib. Boşanma ehtimalı yüksəkdir, cütlük hazırda özəl şəkildə münasibətlərini yenidən dəyərləndirir.

Tarix
2025.07.24 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla