Yuxarı

Anardan FETÖ ittihamlarına - Cavab

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anardan FETÖ ittihamlarına - Cavab

Son iyirmi beş ildə nəinki xarici ölkələrdə, o cümlədən, Türkiyədə və Rusiyada, hətta Azərbaycanda nəşr olunmuş əlliyə qədər kitabım üçün bir qəpik Azərbaycan manatı, türk lirəsi, rus rublu, dollar, ya yevro almamışam.

Axar.az xəbər verir ki, bu sözləri xalq yazıçısı Anar APA-ya müsahibəsində kitablarına görə qonorar alıb-almaması haqda danışarkən deyib. O, bir müddət əvvəl haqqında yayılan FETÖ ittihamlarına da cavab verib:

"Azərbaycanda bəzi kitablarımı öz hesabıma çap etdirməyə məcbur olmuşam. Yeri gəlmişkən, bir faktı da açıqlayım. Moskvanın mötəbər nəşriyyatı öz təşəbbüsü ilə mənim bir cildliyimi buraxmaq istədi. Dedim ki, çoxdandı Moskvada nəşr olunmamışam, bir yox, iki cildliyimi buraxdırmaq istərdim. Dedilər, onda ikinci cild üçün vəsaiti özünüz tapmalısınız. Hətta nəşriyyat müdirliyi qabağa düşüb özləri Moskvada yaşayan iki azərbaycanlı milyarderə müraciət etdi. Hər ikisi müxtəlif bəhanələrlə imtina etdi. Mənə yer eləyən o oldu ki, һәmin nәşriyyat Moskvada yaşayan erməni oliqarxlarından adı bədnam Zori Balayanın kitabının nəşri üçün maddi yardım istəyəndə, erməni varlıları "bir kitab niyə?" deyə, o cızma-qaraçının səkkiz cildinə vəsait ayırıb. Mirzə Cəlil demişkәn, "ermənilər pis adamdır, biz yaxşıyıq". Amma Azərbaycanda bir xeyirxahımın ikinci cildi maliyyələşdirdiyini deməyi və ona minnətdarlığımı bildirməyi borc bilirəm. Adının çəkilməsini isə özü istəmədi.

FETÖ ittihamını ilk dəfə sizdən eşidirəm. Görünür, sizin hansısa xüsusi informasiya mənbələriniz var ki, mənim özümə məlum olmayan ittihamları çatdırırlar. Əgər baş tutarsa, gələn müsahibəmizdə mənə İŞİD-in ideoloqu olmaq, ya Hillari Klintonun məğlubiyyətinə səbəbkar olmaq haqqında ittihamları çatdırsanız, təəccüblənmərəm. Odur ki, belə mənasız ittihamlara nə geniş, nə dar cavab verməyi lazım bilirəm".

Qeyd edək ki, iyulun 15-də Türkiyədə baş verən hərbi çevrilişə cəhddən sonra aralarında xalq yazıçısı Anarın da olduğu bir neçə ziyalının Fətullah Gülənlə əlaqəsi olması haqda şayiələr yayılmışdı.

Tarix
2016.11.15 / 16:24
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla