Yuxarı

Türk alim “Qobustanın sirri”ni açdı - Foto

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türk alim “Qobustanın sirri”ni açdı - Foto

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Atatürk Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunun müdiri, professor Çingiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” kitabının təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov Azərbaycanın yaxın dostu, görkəmli tədqiqatçı alim Çingiz Alyılmazın “Qobu”stanın sirri (Qıpçaqlara gedən yol)” əsəri haqqında məlumat verib. Qeyd edib ki, bu kitab Azərbaycan tarixinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Professor Çingiz Alyılmaz öz valideynlərinə həsr etdiyi 704 səhifəlik bu kitabda türk xalqlarına aid abidələri əks etdirən nadir fotolar yerləşdirilib.

Professor Çingiz Alyılmaz da çıxış edərək, kitabın təqdimat mərasiminin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Əsərin necə ərsəyə gəlməsi barədə fikirlərini bölüşən müəllif bildirib ki, kitabın bir sıra türkdilli ölkələrdə, o cümlədən Bakı, Ankara, İstanbul və digər şəhərlərdə təqdimat mərasimləri keçirilib. O, Azərbaycanın son illərdə sürətlə inkişaf etməsindən, şəhər və bölgələrinin gözəlləşməsindən sevinc duyduğunu bildirib.

Təqdimat mərasimində Bitlis Ərən Universitetinin rektoru Mahmud Toğrul, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin nümayəndələri, ADPU-nun Ümumi tarix kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vəli Əliyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, professor Əsədulla Cəfərov, Qobustan Milli Tarix-Bədii Qoruğu Muzeyinin direktor müavini Rəhman Abdullayev, universitetin Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının müdiri, dosent Rəcəb Əliyev, Qobustan ərazisinin toponimlərinin tədqiqatçısı Şakir Qobustanlı iştirak edib.

Təqdimat mərasiminin sonunda qonaqlara ADPU-nun hədiyyələri təqdim edilib, xatirə şəkli çəkdirilib.

Tarix
2016.11.26 / 11:15
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla