Yuxarı

Puqaçova: “Heydər Əliyev əsl kişi idi”

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Puqaçova: “Heydər Əliyev əsl kişi idi”

Azərbaycan ilk növbədə sadə və qabiliyyətli qonaqpərvərliyi ilə fərqlənir. Azərbaycan mətbəxi qeyri-adi dərəcədə dadlıdır. Yeməkləri incə və romantik təqdim etməyi bacarırlar. Bakı mənim xatirimdə qeyri-adi gözəl şəhər kimi qalıb. Mən onu müxtəlif illərdə görmüşəm və hər dəfə də belə qədim, möcüzəvi və yenilənmiş olaraq görünüb. Azərbaycanda yaraşıqlı və həssas kişilər, möhtəşəm uşaqlar var. Bir sözlə, gözəl nəyisə axtarmaq istəsən Azərbaycanda var.

Axar.az xəbər verir ki, bunu məşhur rus müğənnisi Alla Puqaçova “Moskva-Bakı” portalına müsahibəsində deyib.

Müğənni Azərbaycanda ona verilən ordendən də danışıb:

“Azərbaycan Prezidenti İlham Əliyev məni “Dostluq” ordeni ilə təltif etdi. Bu mükafat mənim qəlbimi isitdi. Mən Azərbaycanı sevirəm, orada tez-tez olmuşam, uğur qazanmışam. Yenə də deyirəm, orada çoxlu qonaqpərvər və isti insanlar yaşayır. Bu səfərləri unutmaq mümkün deyil. Qoy, ölkələrimiz arasındakı dostluq möhkəmlənsin, qoy, heyrətamiz, günbəgün, ildən ilə gözəlləşən Azərbaycan çiçəklənsin!”

Alla Puqaçova müsahibəsi zamanı Heydər Əliyevlə olan tanışlığından da bəhs edib.

“Heydər Əliyev unikal rəhbər idi. Onun yaxşı təhsili danışığında, işində, müxtəlif ölkələrin rəhbərləri ilə münasibətində hiss olunurdu. Yanından olmaq istədiyin bir insan idi. Çox möhkəm, istedadlı və yaraşıqlı, bir sözlə, əsl kişi idi”, - Puqaçova bildirib.

Tarix
2016.12.08 / 09:13
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla