Yuxarı

Stalin Üzeyir bəydən bu mahnını xahiş etmişdi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Stalin Üzeyir bəydən bu mahnını xahiş etmişdi

Vaxtilə "Xalqlar həbsxanası" adlandırılan SSRİ-yə rəhbərlik edən, "millətlər atası" İosif Stalin Bakıda həbsdə yatarkən Azərbaycanın xalq mahnısından parol kimi istifadə edib.

1908-ci ilin mart ayında Bakıda həbs olunaraq Bayıl türməsinə göndərilən Stalin sentyabr ayına qədər burada qalır və böyük Məhəmməd Əmin Rəsulzadə onun həbsxanadan xilas edilməsində yardımçı olur.

Həbsxanada olduğu müddətdə yoldaşlarının Stalinlə çox maraqlı ünsiyyət metodu var idi. İnformasiyanın yazıldığı kağızlar daşlara bükülərək Stalinin qaldığı hücrənin pəncərəsindən içəri atılırdı və ondan da eyni üsulla cavab alınırdı. Bu zaman təhlükəsizliyi tam təmin etmək, daşın əvvəlcədən atıldığını bildirmək üçün hücrə pəncərəsinin kənarında xalq mahnımız olan "Pəncərədən daş gəlir" oxunardı. Bu zaman hücrədəkilər artıq məsələnin nə yerdə olduğunu bilər və daşı səs-küy yaratmadan tutardılar. Beləcə, Stalin Bayıl həbsxanasında olduğu müddətdə aralarında xüsusi parol olaraq istifadə edilən bu mahnını çox eşidir və əvvəldən axıra qədər əzbərləyir. Buna Stalinin Azərbaycan dilini qismən bilməsi də kömək edir.

Pəncərədən daş gəlir,
Ay bəri bax bəri bax.
Xumar gözdən yaş gəlir,
Ay bəri bax bəri bax.
Səni mənə versələr,
Ay bəri bax bəri bax.
Hər görənə xoş gəlir,
Ay bəri bax bəri bax.

Pəncərənin milləri,
Ay bəri bax bəri bax.
Аçılıb qızıl gülləri,
Ay bəri bax bəri bax.
Oğlanı yoldan eylər,
Ay bəri bax bəri bax.
Qızın şirin dilləri,
Ay bəri bax bəri bax.

1938-ci ildə Moskvanın məşhur "Böyük teatr"ında Azərbaycan mədəniyyəti günləri keçirilən zaman maraqlı bir hadisə yaşanır. Stalin böyük çıxışdan bir gün əvvəl Üzeyir bəy Hacıbəylinin rəhbərlik etdiyi truppanın məşqlərini də izləyir və çox bəyənir. Üzeyir bəy onu sabahkı böyük çıxışa dəvət edir. Stalin bir şərtlə gələcəyini deyir: "Əgər Azərbaycandan gələn incəsənət adamları çıxışda "Pəncərədən daş gəlir" mahnısını oxuyarlarsa..."

Üzeyir bəy bununla razılaşır. Çıxışa bir gün qalanda mahnını qəti bilməyən gənc ifaçılara öyrədə bilir, hətta onu yenidən nota alır. Sabahısı gün Azərbaycan mədəniyyət günlərində "Koroğlu" operası ilə yanaşı, bu mahnı da səsləndirilir və Stalin çıxışçıları ayaq üstə alqışlayır.

Moderator.az

Tarix
2016.07.11 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla