Yuxarı

52 il müəmmalı qalan demo-disk tapıldı

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
52 il müəmmalı qalan demo-disk tapıldı

Məşhur ingilis musiqi qrupu "Bitlz"ın ("Beatles") müğənni Silla Blək üçün xüsusi olaraq yazdırdığı demo-disk 52 il sonra aşkarlanıb.

Axar.az xəbər verir ki, Liverpul dördlüyünün əsas simalarından olan Con Lennon və Pol Makkartninin ifa etdiyi "Bu sənin üçündür" (İt is for you") adlı 2 dəqiqəlik mahnı Silla Blekə hədiyyə olaraq 1964-cü ildə Londonda çıxış etdiyi Palladium konsert zalına göndərilib. Ancaq səsyazmanın sonrakı taleyi illər boyu müəmmalı qalıb.

Ötən ilin yayında vəfat edən müğənninin qohumu demo-diski Silla Bləkin əşyaları arasından tapıb, avqustun 27-də keçiriləcək "Bitlz" qrupunun xatirəsinə həsr olunan hərracda satılması üçün təqdim edib.

Qeyd edək ki, səsyazmanın dəyərinin 15-20 min funt sterlinq olacağı gözlənilir.

Xatırladaq ki, Silla Blək ötən əsrin 60-70-ci illərində Britaniyanın ən populyar musiqi ifaçılarından, 80-ci illərin əvvəllərindən isə bir çox televiziya layihələrində iştirak edərək Britaniya televiziyası tarixinin ən çox qazanan aparıcısı olub.

Tarix
2016.07.22 / 00:51
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla