Yuxarı

Onun sevgilisini belə Cey Zi seçir - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onun sevgilisini belə Cey Zi seçir - Video

Robin Rihanna Fenti (Rihanna Robyn Fenty) 20 fevral 1988-ci ildə Qəraib dənizindəki Barbados adasında anadan olub. Evin ən böyük övladı olan Rihannanın Rocad və Rorri adlı iki qardaşı var.

Axar.az xəbər verir ki, dünya şöhrətli ulduz hələ uşaq yaşlarından müğənni olmağı arzulayıb. O, hələ məktəbli ikən öz sinif yoldaşları ilə trio yaradıb məktəbin tədbirlərində ifa etməyi çox sevirdi.

Rihannanın məktəbdəki ilk uğuru səsləndirdiyi "Qəhrəman" ("Hero") mahnısının hər kəs tərəfindən sevilməsi olub.

2004-cü ildə Rihanna "Məktəb gözəli" seçilib.

Rihannanın 15 yaşı olanda onun istedadını amerikalı prodüser İvan Rocers kəşf edib. O, dərhal Robini demo-materiallar yazmaq üçün ABŞ-a çağırıb.

Sözügedən səs yazıları tezliklə məşhur prodüser və repçi Cey Zinin əlinə keçib. Dərhal Def Cam Rekordinqs studiyası ilə müqavilə imzalanıb.

2005-ci ildə Rihannanın ilk albomu – "Günəşin musiqisi" ("Music of the Sun") – işıq üzü görüb.

2006-cı ildə ikinci albom "Mənim kimi qız" ("A girl like me") dinləyicilərə təqdim olunub. Sözügedən albomdakı mahnıların bir çoxunun müəllifi gənc Rihannanın özü olub. Bu albom qısa zaman ərzində ABŞ və Britaniyada böyük şöhrətə qovuşub və ABŞ-ın Top 5 siyahısına daxil olub.

2006-ci ildə Rihanna özünü aktrisa kimi yoxlamaq qərarına gəlib. O, "Uğur əldə et" gənclər komediyasının çəkilişlərində iştirak edərək özünü – məşhurluğunun pik nöqtəsində olan müğənnini canlandırıb.

Üçüncü albomunun yazılışında gənc müğənniyə Cey Zi, Castin Timberleyk və Ne-Yo yardım edib.

Bu albomdakı "Çətir" ("Umbrella") treki nəinki ABŞ və Britaniyada, ümumilikdə bütün dünyada böyük məşhurluq qazanıb.

Tezliklə Rihanna MTV Müzik Avards, MOBO, BMİ, NRJ mükafatlarına layiq görülüb.

2008-ci ildə məşhur müğənni Qremmi mükafatı alıb.

Adı çox böyük sevgi qalmaqallarında hallanan müğənni kişilərə ayırmağa vaxtı olmadığını desə də, onun əvvəllər Paf Deddi ilə birlikdə olduğu deyilirdi. Çox keçmədən bütün dünya manşetlərini zəbt edəcək böyük bir roman başladı: Kris Braun və Rihanna romanı. Cütlük tez-tez KİV-in sevimli mövzusuna çevrilirdi. Buna səbəb isə Kris Braunun Rihannanı döyməsi idi.

Mətbuatda yayılan məlumatlara görə, Rihanna ilə Braunun ayrılmasının səbəbkarı Cey Zidir. O, hələ də, Rihannanın ətrafını seçməkdə, sevgililərini müəyyən etməkdə və atdığı ciddi addımlarda müğənninin yerinə qərar verir.

Tarix
2016.10.29 / 01:16
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

NFC ödənişi zamanı hesabdan silinmələrin gecikməsi...

Simonyan açıqladı: Bakıya getməyə hazıram

Azərbaycanla müharibə xəbərdarlığı edildi

Rusiya Azərbaycanla müharibə başladacaq, əgər... - Melkonyan

İlham Əliyev Məhəmməd əl-Casirlə görüşdü

İtaliya ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla