Yuxarı

Şimali Osetiyanın rəqs ansamblı Bakıda

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şimali Osetiyanın rəqs ansamblı Bakıda

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Şimali Osetiyanın "Alan" Dövlət Rəqs Ansamblının konserti olub.

Axar.az xəbər verir ki, "Alan" müxtəlif illərin konsertlərindən ən yaxşı xoreoqrafiya nümunələrini təqdim edib. Ansamblın repertuarına həm Osetiya, həm də Qafqazın digər xalqlarının milli rəqsləri daxildir. Geyimlər, habelə orkestr və mahnı müşayiəti ansamblın çıxışlarına xüsusi kolorit verir.

Ansamblın bədii rəhbəri Şimali Osetiya Respublikasının Xalq Artisti Timur Sikoyevdir.

Yetmiş yaşlı "Alan" Dövlət Rəqs Ansamblının kollektivi bu illər ərzində dünyanın müxtəlif ölkələrində Osetiya mədəniyyətini təqdim edib və milyonlarla insanın qəlbinə yol tapıb.

"Alan"ın hər bir çıxışı osetin xalqının tarixini və taleyini əks etdirən kompozisiya təsiri bağışlayır.

Tarix
2016.11.04 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla