Yuxarı

Elza: "Müşfiqin güllələnməsi şou idi" - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elza: "Müşfiqin güllələnməsi şou idi" - Video

Allah məni yaratmadı, özümü yaratdı.

Axar.az xəbər verir ki, ARB TV-nin "Ömrün fəsilləri" verilişinin budəfəki qonağı əməkdar artist Elza Seyidcahan olub onu şou yaratmaqda günahlandıranlara cavab verib:

"Məgər Otellonun Dezdemonanı boğması şou deyildi? Amma bunun arxasında bir səbəb var. Hamletin əmisi dayısını öldürüb, anasına sataşıb - o şou deyil? Ölülər tamaşası - Kefli İsgəndər məgər şou deyil? Ancaq Cəlil Məmmədquluzadənin yazısında böyük məntiq var. Müharibə filmlərinə baxırdıq. O, bunu vururdu, bu onu vururdu, ancaq uşaq vaxtı heç nə başa düşmürdük. "Nəsimi" filmində gözləyirdik ki, Nəsiminin dərisini soysunlar, ona baxaq. Orada Nəsiminin dediyi rübailəri, qəzəlləri anlamırdıq. Baxırdıq ki, atası Şəmsi boğdu, Dövlət bəyin başını gətirdilər. Belə baxanda, bunların hamısı həyati şoulardı. Amma arxasında nələr var. Mikayıl Müşfiqi güllələdilər - bu şou deyil? Nəyə görə güllələdilər? İndi Elza Seyidcahan da qəhqəhə çəkdisə, bilmək lazımdır ki, nəyə görə güldü. Mikayıl Müşfiqləri, Cəfər Cabbarlıları, Hüseyn Cavidləri, Əhməd Cavadları, Cəlil Məmmədquluzadələri, Mirzə Ələkbər Sabirləri hansı insanlar ki, başa düşmürdülər, nakam bunları öldürdülər. Amma bu gün bəşəriyyət onlara gülür. Onları öldürənlər hardadır? Onları öldürənlərin adı da yoxdur və cəhənnəmdədirlər Allah bilir".

Tanınmış müğənni xoşbəxt olduğunu açıqlayıb:

"Mən hərtərəfli xoşbəxtəm. Qızlar bulağından su içəndən sevilirəm. Qadın daha necə xoşbəxt olar? 4 övladım var. Ana kimi də, bəstəkar kimi də xoşbəxtəm. Nə analıqda, nə qadınlıqda, nə də ki, bəstəkarlıqda Allah məni yaratdı, özümü yaratdı. Mənə bənzəmək istəyənlər çoxdur. Bənzəyirlər, ardımca gəlirlər. Kütlə balacadır, mən artıq böyük insanlar var ki, vətənlərinə xeyir gətiriblər, bayrağımızı qaldırıblar, onların sevgisini qazanmışam".

Əməkdar artist bacılarından danışıb: "Biz 4 bacıyıq. Bacılarım mənə deyir ki, biz bacı da olmasaydıq, tanış olsaydıq, səninlə rəfiqə olmağı özümüzə şərəf bilərdik".

Tarix
2016.12.10 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla