Yuxarı

Gizli qutudan adı çıxan, ifa zamanı ölən dahi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gizli qutudan adı çıxan, ifa zamanı ölən dahi - Video

Bu gün böyük bəstəkar, caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin anım günüdür.

Axar.az xatırladır ki, o, 1940-ci il martın 16-da Bakıda anadan olub. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına qəbul olub. Elə həmin vaxtdan məşhurlaşmağa başlayan Vaqif kiçik konsertlər verir, klublarda çıxış edirdi.

1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Vaqif Mustafazadə Beynəlxalq caz müsabiqələri və festivallarının (Tallin-66, Tiflis-78, Monte-Karlo) qalibi olub.

1978-ci ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə, əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalı idi. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir: “Azərbaycan, Vaqif Mustafazadə”. Beləliklə, Vaqif Monako Caz Festivalından vətənə “Ağ royal” mükafatı ilə qayıdır.

39 illik ömründə böyük uğurlara imza atan, böyük işlər görən Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycanın əməkdar incəsənət xadimi adına, 1982-ci ildə isə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.

Vaqif Mustafazadə Azərbaycan yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik amerikan caz musiqisi ilə sintezini yaradıb. Həyat yoldaşı Eliza Mustafazadə Azərbaycanda peşəkar caz-muğam tərzində oxuyan ilk qadındır. Hazırda sənətkarın qızı Əzizə Mustafazadə atasının sənətini davam etdirir.

Qeyd edək ki, Vaqif Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə konsert zamanı ürək tutmasından vəfat edib.

Tarix
2016.12.16 / 11:08
Müəllif
Aqşin Evrən
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla