Yuxarı

Bütün bunları gözə alıb aktrisa oldum – Ülviyyə

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bütün bunları gözə alıb aktrisa oldum – Ülviyyə

Kult.az aktrisa Ülviyyə Əliyevanın müsahibəsini təqdim edir:

- Ülviyyə xanım, bildiyim qədər, ailəniz aktrisa olmağınıza etiraz edib. Əgər mübarizə aparıb aktrisa olmasaydınız, hansı peşəyə yiyələnərdiniz?

- Aktrisa olmasaydım, yəqin ki, xarici dillər üzrə çalışacaqdım. Məndə bir xasiyyət var, hansı işlə məşğul oluramsa, çalışıram, layiqincə işimi görüm və bütün məsuliyyətimlə o işə yanaşım. Əminəm ki, hansı işdə işləsəydim, o sahədə də uğur qazanacaqdım. Çünki mahiyyət etibarilə çox çalışqan insanam.

- Dünya təcrübəsində rolun aktyorun üzərinə yapışması söhbəti var. Yəni aktyor həmin rolla o qədər tanınır, sevilir ki, sonralar başqa rollarda tamaşaçının onu qəbul etməyəcəyindən qorxur. Siz də “Keyxanım” obrazı ilə çox tanındınız, bu rolun üzərinizə yapışacağı qorxunuz var?

- Keyxanımdan öncə mən “Hərənin öz payı, öz tayı” filmində Çiçək obrazı ilə tanınmışam. Hamı mənə Çiçək deyirdi. Bu gün hamı mənə “Keyxanım” deyə müraciət edir. Bu, əslində, o qədər də qorxulu deyil. Sən rolu düzgün oynamısansa, tamaşaçıları inandırmısansa, bu rolla sevilmisənsə, bundan böyük xoşbəxtlik ola bilməz. İnanıram ki, vaxt gələcək, məni artıq Keyxanım kimi yox, başqa obrazımın adı ilə çağıracaqlar. Bunun üçün də sadəcə vaxt və maraqlı bir proyekt tələb olunur.

- Musiqili Teatrda çalışırsınız, maaşınızdan razısınız? Çünki bir çox aktyorlar teatrlarda maaşların azlığından şikayətlənir.

- Əsrlər boyu, teatr yaranandan həmişə teatr aktyorlarının maaşı az olub. Təbii ki, bu, sevindirici hal deyil, çünki biz yaradıcı insanlarıq, səhnə ilə nəfəs alırıq. Hər aktyorun da şansı gətirmir ki, digər çəkilişlərdən qazancı olsun. Bizim sahədə şans çox böyük rol oyanır. Bizim də elə aktyorlarımız var ki, ailə başçılarıdır, ailə saxlayırlar. Aktyorun qonorarı, məncə, teatrda yaxşı olsa, o öz oynadığı obraz, tamaşa haqqında daha çox fikirləşər. Daha fikirləşməz ki, mən filan yerə qaçmalıyam ki, 5 manat pul qazanım. Mən bu sənətə gələndə bilirdim ki, teatrda maaş azdır. Mən nə maaşa, nə ada, nə də populyar olmağa görə bu sənətə gəlmişəm. Bu sənətə gələndə sadəcə səhnədə olmaq üçün gəlmişəm. Hətta təzə-təzə valdeynlərim narazılıq edəndə hələ məktəbli idim. Həmişə teatra ön sıralardan bilet alırdım ki, səhnəyə daha yaxın olum, səhnənin qoxusunu hisss edim. İnsan sənət seçəndə bütün mənfiləri və müsbətləri göz önünə alıb seçimini etməlidir. Mən hər şeyi göz önünə alıb, bu sənəti seçmişəm. Ona görə də narazılıq etməyə ixtiyarım yoxdur.

- Aparıcılıq da edirsiniz, aparıcılıq etmək sizə çətindir, ya aktrisalıq?

- Aparıcılıq da mənim sənətimin bir qoludur, bir hissəsidir. Əlbəttə, bütün işlər olduğu kimi, bu işin də müəyyən çətinlikləri var, amma hər bir qol qoyduğum iş mənim üçün çox maraqlıdır. Əgər bir iş mənə maraqlı gəlməsə, heç vaxt o işi görmərəm. Yəni heç kəs mənə hər hansı bir işi məcburən gördürə bilməz. Mən gərək bir işi sevim ki, canla-başla o işi görüm.

- Xınayaxdı mərasimlərində də iştirak edirsiniz. Devalvasiya ora da təsir edib, ya yox. İşlər necədir?

- Əslində, mən xınayaxdı mərasimlərinə o qədər də ciddi yanaşmıram. Ciddi məşğul olmuram, çünki o qədər vaxtım da yoxdur. Ara-sıra boş vaxtım olanda gedə bilirəm. Həm teatrda yüküm çoxdur, həm çəkilişlər var.

- Sizi efirdə sözü üzə deyən biri kimi tanıyırıq. Real həyatda necə, utancaqsınız?

- Mənim bir xasiyyətim var ki, bir sözü həmin insanın üzünə deyə bilməyəcəyəmsə, onun arxasınca danışmıram. Ümumiyyətlə, arxaca danışmağı sevmirəm. Sözüm varsa, çalışıram, üzünə deyim. Mən real həyatda oynaya bilmirəm. Bir insan xoşuma gəlirsə, xoşuma gəlir. Gəlmirsə, o insandan uzaq gəzirəm. Daha heç vaxt dava ilə uzaqlaşmıram. Normal şəkildə xoşuma gəlməyən bir şeyi insana deyirəm. Bəzən insanlar düz eləmirlər. Ürəklərində saxlayırlar, bu da zamanla kinə çevirilir. Sonra kimləsə o dərdlərini bölüşürlər, o insan da gedib, sözü gedən insana söhbəti başqa cür çatdırır və ortada böyük anlaşılmazlıqlar yaranır. Ona görə belə şeylər yaşanmasın deyə, başdan kiməsə deyirəm ki, filan şey dedin, xoşuma gəlmədi. Danışırıq, barışırıq, bununla da keçir gedir. Mən nə kin saxlamağı, nə davanı, nə qalmaqalı sevirəm. Həyat o qədər qısadır ki, kimləsə küsülü qalmaq, intriqa aparmaq çox mənasızdır. Oxuculara da buradan səslənmək istəyirəm ki, həyat çox qısadır, çalışın, bu həyatın hər anını gözəl yaşayın.

- Çox qonorar tələb edən aktrisasınız?

- Artıq 19 ildir ki, sənətdəyəm. Bir çox rejissorlarla çalışmışam. İstər TV, istər teatrda. Mənimlə çalışan rejissorlar bilirlər ki, heç vaxt qonorar sözü işlətməmişəm. Heç vaxt pul davası döyməmişəm. Çünki mən sevdiyim işlə məşğulam. Mənim sənətim bazar deyil ki, burada pul söhbətləri edim. Təklif olunub, rol xoşuma gəlib, çəkilmişəm. Bunun müqabilində əgər qonorar varsa, veriblər. Heç baxmamışam ki, nə qədərdir, ya da danışmamışam ki, bu nədir mənə verirsiniz. Qonorar olmayanda da belə hallar daha çox olub. Bu rol mənim xoşuma gəlibsə, yox deməmişəm. Ümumiyyətlə, 19 ildə heç vaxt yox deməmişəm. Əsas odur ki, rol xoşuma gəlsin. İndiyənə kimi də bundan heç vaxt peşman olmamışam. Yenə deyirəm, bizim sənətdə onsuz da pul həmişə azdır.

Tarix
2017.04.01 / 08:45
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla