Yuxarı

Kibariyə: “Bakıda həyatımı yaşadım" - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kibariyə: “Bakıda həyatımı yaşadım" - Foto

Türkiyənin tanınmış müğənnisi Kibariyə Bakı restoranlarının birində konsert proqramı ilə çıxış edib.

Musavat.com xəbər verir ki, ifaçı konsertdən öncə jurnalistlərin suallarına cavab verib.

O, ilk olaraq Bakı haqda təəssüratlarını bölüşüb: “Azərbaycanda mənə qarşı böyük sevgi və diqqət var. Mənəvi olaraq ruhum doydu. Dəfələrlə Azərbaycanda qonaq olmuşam. Bakı çox dəyişib, çox müasir şəhər olub. Bakının havası məni gözəlləşdirdi. Mənim yüksəklikdə gözüm yoxdur. Ailəm və sevdiyim insanlar sağlam olsun, bu, mənə bəsdir. Mən insanları sevirəm. Hər zaman onlara qarşı xoşniyyətli olmuşam. Bakıda da mənə qarşı olan münasibətdən məmnunam”.

- Bakıya gəliş səbəbiniz müğənni Zemfira İbrahimova ilə birgə konsert vermək və onun doğum günündə iştirak etməkdir...

- Zemfiranın səsi möhtəşəmdir. İndiyə kimi belə səs eşitməmişəm. Çox cana yaxın qızdır. Birlikdə alış-verişə getdik, yemək yedik, salona getdik. Həyatımda ilk dəfə üzümə qulluq etdim. Mən heç vaxt üzümə krem vurmaram. İlk dəfə üzümə Bakıda maska etdirdim. Burada həyatımı yaşadım.

- Azərbaycanda ən çox sevilən mahnınızın hansı olduğunu bilirsiniz?

- “Sil baştan” və “Yastayım” mahnılarımı sevirlər. Məni kim görsə, bu mahnıları oxuyur. Burada sevildiyini görmək mənə stimul verir.

- Həyatda hər şeyi silib, yenidən başladığınız vaxtlar olub?

- Çox insan həyatında nələri isə silib, yenidən başlayır. Mən də onlardanam. Bizi üzən insanları həyatımızdan silməliyik.

- Xumar Qədimova ilə duet ifa etmişdiniz. Bakıda görüşə bildinizmi?

- Görüşə bilmədik, telefonla danışdıq. Dedi ki, konsertə gələ bilməsə, Türkiyədə məni ziyarət edəcək. Onu evimə dəvət etdim. Çox gözəl söhbətimiz oldu.

Müğənni sonda media nümayəndələri üçün “Sizə salam gətirmişəm” mahnısını ifa edib.

Tarix
2017.05.02 / 20:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla