Yuxarı

Məşhur “rəqs edən milyonçu” Bakıda - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur “rəqs edən milyonçu” Bakıda - Foto

Bakılılar və şəhərimizin qonaqları Bakı Şopinq Festivalının sürpriz qonaqlarından olan Canluka Vakkinin çıxışını səbirsizliklə gözləyirdilər. Dünya şöhrətli sənətkar bu axşam Bakı auditoriyasının qarşısına çıxacaq.

Kult.az-ın Trend-ə istinadən məlumatına görə, instaqramda "rəqs edən milyonçu” kimi məşhurlaşmış, 9 milyondan çox izləyicisi olan tanınmış Canluka Vakki bu gün - mayın 6-da, saat 22.00-da Dövlət Bayrağı Meydanında yerləşən "Enerji Club Baku”da DJ proqramı ilə çıxış edir.

Canluka Vakki bakılılara və şəhərimizin qonaqlarına müraciətində mayın 6-da unudulmaz "Enerji Club Baku”da unudulmaz anlar vəd edib.

Dünya şöhrətli artist ifasını canlı izləmək istəyənlər Festivalın ilk günündən səbirzisliklə onun Bakıya gəlişini gözləyirdilər.

Alovlu rəqsləri, səyahətləri, dəbdəbəli həyat tərzi ilə şöhrət qazanmış, videoları sosial şəbəkələrdə rekord sayda izlənilən italyan biznesmen və filantrop Canluka Vakkinin Bakı Şopinq Festivalı çərçivəsində çıxışı onun Bakıdakı fanatları və izləyiciləri üçün möhtəşəm hədiyyə hesab olunur.

Aprelin 10-dan başlamış və cəmi dörd gündən sonra başa çatacaq Bakı Şopinq Festivalı ötən bir ay müddətində ölkəmizdə təkcə turizm və ticarətin inkişafına deyil, həmçinin mədəni proqramların təşkilində də əvəzsiz rol oynadı. Bu proqramlardan biri olan Canluka Vakkinin möhtəşəm DJ proqramının xüsusi maraqla qarşılandığı və turistlərlə yanaşı, Bakı sakinlərinin də diqqət mərkəzində saxladıqları Bakı Şopinq Festivalına bu barədə edilən çoxsaylı müraciətlərdən də hiss olunmaqdadır.

Tarix
2017.05.06 / 22:30
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla