Yuxarı

Azərbaycanda buna çox təəccübləndim - Türk müğənni

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda buna çox təəccübləndim - Türk müğənni

Türkiyənin “HaberTürk” kanalında yayımlanan “Airport” verilişində qonaq olan müğənni Çelik Azərbaycanla bağlı təəssüratlarını paylaşıb.

Kult.az A24.az-a istinadən xəbər verir ki, müğənni Azərbaycanda yaşadığı 2 il ərzində nələrlə qarşılaşdığını, təəccübləndiyini və nələri bəyəndiyini paylaşıb. Bu 2 il ərzində Azərbaycanı tanıdığını deyən Çelik ilk olaraq dildəki fərqliliyi xüsusi vurğulayıb.

“Bizim istifadə etdiyimiz “yarın” sözü ilə onların dediyi “yarın” eyni məna vermir. Yarın görüşərik dediyimiz zaman, siz orada kimsə ilə görüş təyin edə bilməzsiniz”.

Azərbaycanda səhər yeməyində də fərqli süfrə adətinə rast gəldiyini deyən müğənni orda zeytunun olmadığından şikayətlənib.

“Səhər yeməyi yediyim zaman süfrədə qara zeytun yox idi. Mən isə ağ pendir, çörək, çay və zeytun olmadan səhər yeməyi yeyə bilmirəm”.

Azərbaycana ilk getdiyi zaman ölkəni yaxşı tanısın deyə müğənni onu muzeyə aparmalarını istəyib. “Ölkənin tarixini bilmək istəyirdim. Lakin musiqi və mədəniyyət mövzusunda isə Azərbaycan möhtəşəm bir ölkədir. Şair, şeir, ədəbiyyat mövzusunda isə çox mükəmməldirlər. Azərbaycanda “Leyli və Məcnun” operasını seyr etdim, yəni belə bir gözəllik görməmişəm. Sovetlər zamanı Azərbaycanda musiqi mədəniyyəti formalaşıb, çox gözəl müsiqiçilər yaranıb”.

Tarix
2017.05.08 / 22:26
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

Azərbaycanla sıx əlaqələrimiz var - Kobaxidze

Araz Ağalarov dövlət şirkətini məhkəməyə verdi

İlham Əliyev Sisini təbrik etdi

Azərbaycanın sədrliyi ilə növbəti mötəbər iclas keçirildi

Berlində təxribat cəhdi: Hədəf Azərbaycan idi!

Məxfi məlumatların mübadiləsi ilə bağlı saziş imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla