Yuxarı

Avroviziya-2017-nin finalı: Qalib bu ölkədir... - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avroviziya-2017-nin finalı:

23:20

Bu gün Kiyevin Beynəlxalq Sərgi Mərkəzində Avroviziya-2017 mahnı müsabiqəsinin final şousuna start verilib.

Axar.az xəbər verir ki, Azərbaycanı "Sceletons" mahnısı ilə müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.

Final mərhələsində 26 ölkə təmsilçisi iştirak edir: İsrail, Polşa, Belarus, Avstriya, Ermənistan, Hollandiya, Moldova, Macarıstan, İtaliya, Danimarka, Portuqaliya, Azərbaycan, Xorvatiya, Avstraliya, Yunanıstan, İspaniya, Norveç, Böyük Britaniya, Kipr, Rumıniya, Almaniya, Ukrayna, Belçika, İsveç, Bolqarıstan və Fransa.

Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin builki ev sahibi Ukrayna və “böyük beşlik” dövlətləri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilərlər. 2016-cı ildən səslərin sayılması qaydaları dəyişdirilib: peşəkar münsiflər və televiziya tamaşaçıları müsabiqə iştirakçılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqda əvvəlcə münsiflərin balları açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcəklər.

Qeyd edək ki, bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Belə ki, Portuqaliya və Rumıniya yenidən müsabiqəyə qayıdıb.

00:15

Azərbaycan təmsilçisi Diana Hacıyeva müsabiqənin final mərhələsində 12-ci sırada çıxış edib.

D.Hacıyeva “Skeletons” mahnısı ilə pərəstişkarlarını sevindirib. Azərbaycan təmsilçisinin çıxışı zalda coşqu ilə qarşılanıb.

***

26 ölkə təmsilçisinin çıxışından sonra səsvermə başladı.

***

Azərbaycan ən yüksək səsini Belarus təmsilçisinə verdi.

***

42 ölkə səs verdi. Portuqaliya 382 xalla liderdir.

İndi isə tamaşaçıların səsi əlavə edilir.

***

Tamaşaçılardan da ən yüksək səs alan və ümumilikdə 758 xal toplayan Portuqaliya qalib oldu.

Azərbaycan isə ümumilikdə 120 xalla 14-cü yeri tutdu.

***

İştirakçı ölkələrin çıxış ardıcıllığı ilə təmsilçilərini və finalda topladığı nəticələri təqdim edirik:

1. İsrail, təmsilçi - İmri, mahnı - "I Feel Alive" (Sağ hiss edirəm) - 39

2. Polşa, təmsilçi - Kasia Mos, mahnı - "Flashlight" (Fənər) - 64

3. Belarus, təmsilçi - NAVI, mahnı - "Historyja majho žyccia" (Həyatımın hekayəsi) - 83

4. Avstriya, təmsilçi - Neytan Trent, mahnı - "Running on Air" (Havada qaçış) - 93

5. Ermənistan – təmsilçi – Artsvik, mahnı - "Fly With Me" (Mənimlə uç) - 79

6. Hollandiya, təmsilçi - O'G3NE, mahnı - "Lights and Shadows" (İşıqlar və kölgələr) - 150

7. Moldova, təmsilçi - SunStroke Project, mahnı - "Hey, Mamma!" (Hey, Ana!) - 374

8. Macarıstan, təmsilçi - Yoçi Papai, mahnı - "Origo" (Mənşə) - 200

9. İtaliya, təmsilçi - Françesko Qabbani, mahnı - "Occidentali's Karma" (Qərblilərin Karması) - 334

10. Danimarka, təmsilçi - Anya Nissen, mahnı - "Where I Am" (Mən haradayam) - 77

11. Portuqaliya, təmsilçi - Salvador Sobral, mahnı - "Amar Pelos Dois" (İkimiz üçün sevgi) (Qalibin fotosu təqdim edilir) - 758

12. Azərbaycan, təmsilçi – Dihaj, mahnı - "Skeletons" (Skeletlər) - 120

13. Xorvatiya, təmsilçi - Jak Houdek, mahnı - "My Friend" (Mənim dostum) - 128

14. Avstraliya, təmsilçi - Ayzeya Fayrbreys, mahnı - "Don't Come Easy" (Asan gəlmə) - 173

15. Yunanıstan, təmsilçi – Demy, mahnı - "This is Love" (Bu sevgidir) - 77

16. İspaniya, təmsilçi - Manel Navarro, mahnı - "Do It for Your Lover" (Səni sevən üçün bunu et) - 5

17. Norveç, təmsilçi – JOWST, mahnı - "Grab the Moment" (Bu anı tut) - 158

18. Böyük Britaniya, təmsilçi - Lusi Cons, mahnı - "Never Give Up on You" (Səndən əsla imtina etmərəm) - 111

19. Kipr, təmsilçi – Ovik, mahnı - "Gravity" (Cazibə) - 68

20. Rumıniya, təmsilçi - İlinka və Aleks Florea, mahnı "Yodel It!"- 282

21. Almaniya, təmsilçi - Levina, mahnı - "Perfect Life" (Əla həyat) - 6

22. Ukrayna, təmsilçi - O.Torvald, mahnı - "Time" (Zaman) - 36

23. Belçika, təmsilçi – Blanche, mahnı - "City Lights" (Şəhər işıqları) - 363

24. İsveç, təmsilçi - Robin Benqtsson, mahnı - "I Can't Go On" (Davam edə bilmərəm) -344

25. Bolqarıstan, təmsilçi - Kristian Kostov, mahnı - "Beautiful Mess" (Gözəl qarmaqarışıqlıq) - 615

26. Fransa, təmsilçi – Alma, mahnı - "Requiem" (Ölülər üçün dua) - 135

Tarix
2017.05.14 / 02:34
Müəllif
Kult.az
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla