Yuxarı

Nəzrin Belçikada babasının əsərini ifa etdi – Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Müstəqillik Günü və Belçika-Azərbaycan münasibətlərinin 25 illiyi ilə bağlı 30 may tarixində Brüsselin mərkəzində yerləşən BOZAR - çoxşaxəli incəsənət mərkəzində tədbir keçirilib.

Kult.az xəbər verir ki, ADR-in müstəqilliyini de-fakto tanıyan ilk ölkələrdən olan Belçikadakı tədbir Azərbaycanın Belçika və Avropa İttifaqı yanında missiyası, Azərbaycanın NATO-dakı missiyası, eləcə də Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisi ilə birgə təşkil edilib. Tədbirdə 300-ə yaxın diplomat, ölkəmizin dostları və diasporumuzun fəalları iştirak ediblər.

Azərbaycanın Belçika Krallığındakı səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov tədbirdə bildirib ki, 99 il bundan əvvəl 1918-ci il 28 may tarixində Azərbaycan öz müstəqilliyini elan edib: Bu, Şərqdə yaranan ilk demokratik respublika idi:

“Tarixi hadisələr baxımından çox maraqlı bir dövr idi. Burada müsəlman, yəhudi, katolik və pravoslav xristianlar birgə, qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayırdı. Ölkə azərbaycanlı, rus, erməni, ukraynalı, tatar və digər millətlərin doğma evi olmuşdu.

Biz bu axşam konsert təşkil etmək qərarına gəldik. Ona görə ki, musiqi bütün insanların ən effektli şəkildə anladığı bir dildir. Mən Avropa Azərbaycan Cəmiyyətinin Benelüks Ofisinə bu tədbirin təşkilində göstərdikləri dəstəyə görə xüsusi təşəkkürümü bildirmək istəyirəm”.

Belçika Xarici İşlər Nazirliyinin ikitərəfli münasibətlər üzrə baş direktoru Anik Van Kalster bildirib ki, musiqi insanlar arasında ünsiyyət qurmağın mükəmməl yoludur:

“Musiqi mükəmməl açıqlıq, azadlıq, ünsiyyət və yaradıcılıq vektorudur. BOZAR mərkəzinin inşasına səbəb olan əhval-ruhiyyə təqribən eyni zamanda Bakıda da mövcud idi və həmin dövr müəmmalı məşhur Qurban Səidin “Əli və Nino” əsərində təsvir edilir. Azərbaycan keçmiş Sovet İttifaqı respublikaları arasında Belçika ilə diplomatik münasibətlər quran ilk ölkələrdən biridir”.

Tədbirin musiqili bölməsində Belçikada yaşayan azərbaycanlı pianoçu Nəzrin Əfəndiyeva belçikalı bəstəkar Yolande Uyttenhovenin “Chiron” və babası, görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun bəstələdiyi “Vals” simfonik əsərlərini ifa edib.

Respublika Gününə həsr olunan qəbul pianoçu Salman Qəmbərovun rəhbərlik etdiyi “Bakustik” Caz qrupunun konserti ilə yekunlaşıb.

Tarix
2017.06.01 / 13:47
Müəllif
Kult.az
Digər xəbərlər

Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi…

Azərbaycana keçən ermənilər geri qaytarıldı

Səfirimizdən Vardanyanın lobbiçiliyini edənlərə cavab

Ukrayna əməliyyat hazırlayır: Putinə rahatlıq olmayacaq

Paşinyan Azərbaycan xalqını təbrik etdi

Azərbaycan XİN İsveçi təbrik etdi

Azərbaycan və Ermənistan müxalifətçiləri görüşdü - Video

Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla