Yuxarı

İfaçılar kürəklərini tamaşaçıya çevirib... - “Muğamsayağı”

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
İfaçılar kürəklərini tamaşaçıya çevirib... - “Muğamsayağı”

Fransanın Normandiya bölgəsində hər il keçirilən və sayca on üçüncü “Musique de Chambre à Giverny” festivalının “La Route de la Soie” (Böyük İpək Yolu) adlı bölməsində Azərbaycanın klassik musiqisi diqqət mərkəzində olub. 17 avqustda başlayan və 27 avqusta qədər davam edəcək sözügedən festival 11 konsert və konfransdan ibarətdir. Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa nümayəndəliyi tərəfindən dəstəklənib.

Kult.az xəbər verir ki, Giverny İmpressionizm Muzeyi və Vernon Hökumət Evi də daxil olmaqla, müxtəlif gözəl mənzərəli məkanlarda keçirilən festivalın Böyük İpək Yolu hissəsi Azərbaycan, Şərq və Şərqdən ilham almış Qərb bəstəkarlarının orijinal əsərlərindən təşkil olunub. Tədbirdə həmçinin yetmiş yaşını qeyd edən dünyaca məhşur Azərbaycan bəstəkarı, xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadənin əsərləri də səsləndirilib. Bəstəkarın simli kvartet üçün yazdığı "Muğamsayağı" adlı əsəri ifa edilib.

Festivalın bədii direktoru violonçel ifaçısı Mişel Straussun konsert haqqında təəssüratları: "Firəngiz Əlizadə öz ölkəsinin ənənəvi musiqisini klassik avanqard musiqisi ilə birləşdirib yeni musiqi dilini yaradan qeyri-adi bəstəkardır. Onun musiqisi bu gecənin ayrılmaz hissəsidir".

Firəngi Əlizadənin dediklərindən: “Festivalda səsləndirilmiş "Muğamsayağı" əsərim mənim üçün çox əhəmiyyətlidir. Bu əsər ilk dəfə “Kronos” kvarteti tərəfindən ifa olunub. Muğam üzərində qurulmuş bu sehrli musiqi poeziya və musiqinin incəsənət formalarının qarışığıdır.

Bu əsər kürəkləri tamaşaçıya çevrilmiş musiqiçilər tərəfindən dramatik formada ifa edilib. Əsərdə tədricən güclənən qəmgin səda, lirik parça, rəqs musiqisi və qonq səsi eşidildi. İfanın sonunda ifaçılar üzlərini tamaşaçılara tərəf çevirib səhnəni sükut içərisində tərk etdilər”.

İfadan sonrakı bir anlıq heyranlıq sükutundan sonra minnətdar tamaşaçılar Firəngiz xanımı və ifaçıları ayaq üstə alqışlayıblar. Alqış sədaları altında "Əla!", "İnanılmaz!" və "Siz mənə yeni musiqi dünyası bağışladınız" səsləri eşidilib.

Ertəsi gün "To the Heart of the 1001 Nights" əsərinin dinləyicilərinə Firəngiz xanımın Azərbaycan müxtəlif milli rəqsləri üzərində qurulmuş və “Kronos” kvarteti üçün yazılmış "Regs" (Rəqs) əsərinin təqdimatı keçiriib.

Tədbirdə səslənən digər ifalar arasında Luciano Berlonun 1964-cü il "Folk songs" (Xalq mahnıları) toplusu da yer alıb. Bu əsərə onun xatirələr oyadan soprano üçün "Azerbaijan Love Song" (Azərbaycan Məhəbbət Nəğməsi) və Moris Ravelin Mərkəzi və Şərqi Asiya, eləcə də müsəlman şərqini təsvir edən "Sheherazade" nəğmələr toplusu daxildir. Konsertdən əvvəl Böyük İpək Yolunda musiqi məsələlərinə həsr olunmuş konfrans da keçirilib.

"On the Shores of the Caspian" (Xəzərin sahillərində) adı altında gözoxşayan şəkildə bəzədilmiş İmpressionizm Muzeyində avqustun 20-də keçirilmiş konsertin mərkəzi elementi Firəngiz Əlizadənin violonçel, fleyta, iki skripka və alt üçün yazdığı "Creation" adlı əsərinin premyerası baş tutub. Konsertdə ifa edilən digər əsərlər arasında Aleksandr Borodinin "In the Steppes of Central Asia" (Mərkəzi Asiya çöllərində) adlı musiqili poeması və onun məskən salmaq üçün Xəzər sahillərinə gəlmiş türk tayfasından bəhs edən "Prince İqor" (Şahzadə İqor) operasından "Polovtsian Dances" parçası da var idi.

Bu festival özündə bir çox bəstəkarın əsərlərini, mövzuları və musiqi ənənələrini birləşdirən çox əlamətdar və yaddaqalan tədbir oldu. Onun mərkəzində Firəngiz xanım Əlizadə tərəfindən təqdim olunmuş Azərbaycan musiqisi dayanırdı.

Parisdən 80 kilometr məsafədə yerləşən Normandiyanın Giverny şəhəri incəsənəti sevən turistlərin tez-tez səyahət etdikləri şəhərlərdən biridir. Burada əfsanəvi rəssam impressionist Klod Monenin (Claude Monetin) 1883-cü ildən ölümünədək (1926) yaşadığı ev yerləşir. Təbiət və mənzərələrin vurğunu olan tanınmış bu rəssam böyük botanik olmuşdur. Onun evi və bağçası onun dünyanın hər nöqtəsində rast gəlinən pərəstişkarlarını heyran etməkdədir.

Tarix
2017.08.21 / 14:15
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla