Yuxarı

Ququş Azərbaycana gələ bilməməsinin səbəbini izah etdi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ququş Azərbaycana gələ bilməməsinin səbəbini izah etdi

Azərbaycanın əfsanəvi müğənnilərindən biri, İslam inqilabından sonra İranı tərk etmiş pop-ulduz Ququş (Faiqə Atəşin) Bakıya baş çəkmək və Azərbaycanın paytaxtında böyük konsertlə çıxış etmək arzusunda olduğunu bildirib.

Kult.az xəbər verir ki, bu haqda Virtualaz.org-a müğənninin Bakıdakı konsertinin təşəbbüskarlar və təşkilatçıları məlumat veriblər.

Nəşr bu məlumatı dəqiqləşdirmək üçün suallarla birbaşa hazırda Londonda yaşayan müğənninin özünə müraciət edib.

Xatırladaq ki, Ququş bir neçə həftə əvvəl öz İnstaqram səhifəsində bəyan edib ki, avqustun sonunda İrəvandabkonsert verəcək. Öz statusunun altında o, “# finally – nəhayət və historyinthemaking - tarix yaradılır” heşteqlərini də qoyub. İrəvandan sonra Ququş Tiflisə yola düşməlidir.

Bir neçə tanınmış Azərbaycan biznesmeni isə Cənubi Qafqaz turnesi zamanı Bakıya baş çəkmək və Azərbaycanda solo proqramla çıxış etmək xahişi ilə müğənniyə müraciət edib.

Lakin Ququşun özünün bildirdiyi kimi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin şəxsində ona rədd cavabı verilib və müğənninin Bakıda konserti qadağan olunub.

“Tədbirin təşkilatçıları mənə bildirdilər ki, Azərbaycanın mədəniyyət naziri Bakıda konsertin keçirilməsinə icazə verməyib, çünki mənim ərim erməni millətinin nümayəndəsidir. Amma axı mən azərbaycanlıyam?! Bundan başqa, musiqi və yaradıcılıq – millətçilikdən üstündür! Mən hiddətlənmişəm!”, - deyə Ququş bildirib.

Tarix
2017.08.27 / 22:24
Müəllif
Kult.az
Digər xəbərlər

İran yenə Ermənistanla bağlı “qırmızı xətt”indən danışdı

Zaur Şiriyev İrəvanda: Biz orta gücük!

Qırğızıstan Bakıda torpaq sahəsi istəyir - Müraciət

Azərbaycan qazı AB-nin daha iki ölkəsinə çatdı - Əliyev

Azərbaycan və Türkiyə hərbçiləri arasında müzakirə...

İlham Əliyev Kaya Kallası qəbul etdi

Bu şəxslər Ekvadora vizasız gedə biləcək

Prezident bu sazişi təsdiqlədi

İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır

Ceyhun Bayramov Kaya Kallasla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla