Yuxarı

Ukraynanın məşhur qrupu Bakıya gəlir

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın məşhur qrupu Bakıya gəlir

Ukraynanın “Spiritual Seasons” qrupu sentyabrın 28-də və 29-da Bakıda “Le Chateau” klubunda iki müxtəlif konsert proqramı ilə çıxış edəcək.

Kult.az-ın məlumatına görə, konsertin təşkilatçıları Azərtac-a bildiriblər ki, qrupun ifasında şimal xalqlarının mahnıları və orta əsrlər melodiyaları təqdim ediləcək.

Repertuarını daim yeniləyən qrup Avropanın, o cümlədən Skandinaviya, slavyan xalqlarının kompozisiyalarına müraciət edir, habelə xalq yaradıcılığı nümunələrini interpretasiyada təqdim edir. Qrup müxtəlif eksperimentlər edir, habelə Avropa folkloru və tarixi musiqi üslublarında yaratdığı öz mahnılarını ifa edir.

Kollektiv 1994-cü ildə yaradılıb. Qrupa Viktor Smirnov, Mixail Papuş, Anton Smirnov, Mariya Boquslavskaya, Yeqor Smirnov, Alla Kuşnır daxildir.

Qrup Ukrayna, Rusiya, Qazaxıstan, Belarus, Litva, Latviya, Polşa, Moldova, Azərbaycan, Gürcüstan, Almaniya, Norveç, Türkiyə, Kipr, Malayziya və digər ölkələrdə qastrollarda olur.

Tarix
2017.09.05 / 00:28
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla