Yuxarı

“Retro Bakı” layihəsi çərçivəsində növbəti konsert

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Retro Bakı” layihəsi çərçivəsində növbəti konsert

Sentyabrın 8-də Fəvvarələr meydanında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konserti təqdim olunub.

Kult.az xəbər verir ki, budəfəki “Retro Bakı”nın qonaqları - tanınmış müğənnilər İlqar Sail, Samir Rəcəbov və Elxan Çələbi, reper Anar Nağılbaz maraqlı repertuarla tamaşaçıların görüşünə gəliblər.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır.

Konsertdə, həmçinin “Köhnə Bakı” rəqs qrupunun çıxışı xoş əhvali-ruhiyyə yaradıb, qonaqlar da paytaxt sakinlərinə qoşularaq şən musiqi sədaları altında rəqs ediblər.

Konsertlər hər həftə cümə və şənbə günləri sentyabrın 15-dək davam edəcək.

Tarix
2017.09.08 / 20:24
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev “Irıs Ordo” Konqres Mərkəzinə gəldi

İlham Əliyev Bişkekdə Ərdoğanla görüşdü - Foto

Prezidentin ŞƏT+ formatında görüşdə çıxışı gözlənilir

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - Canlı

Hikmət Hacıyev Alen Simonyanla görüşdü - Foto

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla