Yuxarı

Bakı metrosunda pulsuz konsert veriləcək

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı metrosunda pulsuz konsert veriləcək

Bakı Metropoliteni QSC Üzeyir Hacıbəyovun doğum günü şərəfinə növbəti maraqlı addım atıb.

QSC-dən Kult.az-a verilən məlumata görə, sentyabrın 18-də Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günü münasibətilə stansiyalarda artıq ənənə halını alan musiqili proqram təşkil olunacaq.

Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sentyabrın 18-i sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramının təşkili nəzərdə tutulub. Proqramda milli və klassik musiqi nümunələri səsləndiriləcək.

Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq:

- “İçərişəhər” stansiyası – saat 12:00-13:30;

- “28 May” stansiyası – saat 13:00-14:30;

- “Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30;

- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:00-16:30.

Tarix
2017.09.15 / 01:16
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla